“Özünə ev tikirsən, camaatın qəbri ilə nə işin var?” - VİDEO

“Özünə ev tikirsən, camaatın qəbri ilə nə işin var?” - VİDEO
SOSİAL
21:31 07.05.2026
498
Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin iddia edir ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.

AZXEBER.COM xəbər verir ki, sakinlərin sözlərinə görə, sözügedən qəbiristanlıqda qanunsuz aparılan tikinti işləri zamanı dağıntı baş verib və onların yaxınlarına məxsus qəbirlər dağıntının altında qalıb.
Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların şikayətinə baxan yoxdur.

"Burada baş verənlər vandalizmdir. Əvvəllər bu ərazidə dəmir hasar var idi. Onu söküb üçmərtəbəli ev tikdilər. Beləliklə, qəbirlər ağırlığa dözə bilmədi və dağıntıların altında qaldı”, – deyə şikayətçi narazılığını dilə gətirib.

"Bu dinə yaraşan hərəkət deyil. Sən evini tikirsən, öz abadlığını güdürsən, bəs camaatın qəbri ilə nə işin var”, - deyə digər sakin əlavə edib.

Səbail Rayon İcra Hakimiyyətindən isə məsələ ilə bağlı bildirilib ki, cari ilin mart ayının sonu və aprel ayının əvvəllərində yağan intensiv yağışlar nəticəsində Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən qəbiristanlığın bir hissəsində torpaq sürüşməsi qeydə alınıb. Hadisə nəticəsində bəzi qəbir daşlarına ziyan dəyib:

"Məsələ ilə bağlı tərəfimizdən dərhal operativ tədbirlər görülüb. Əraziyə baxış keçirilib və yaranmış fəsadların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Hazırda sözügedən ərazidə təmizlik işləri və dağılmış qəbir daşlarının bərpa edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir”.

Daha ətraflı "Baku TV”nin süjetində:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İliyana Yotova prezident seçkilərində liderlik edir
05:48 02.11.2026
İliyana Yotova prezident seçkilərində liderlik edir
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
05:36 02.11.2026
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
05:23 02.11.2026
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
05:12 02.11.2026
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
05:00 02.11.2026
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
04:53 02.11.2026
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
04:40 02.11.2026
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
04:28 02.11.2026
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
04:18 02.11.2026
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
"Formula 1" tarixinin ən gənc çempionu oldu
04:08 02.11.2026
"Formula 1" tarixinin ən gənc çempionu oldu
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
03:58 02.11.2026
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
03:48 02.11.2026
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
03:38 02.11.2026
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
03:28 02.11.2026
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
03:18 02.11.2026
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
03:08 02.11.2026
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın