“Yeyənkənd” sənədli filminin təqdimatı oldu – VİDEO

“Yeyənkənd” sənədli filminin təqdimatı oldu – VİDEO
SOSİAL
10:50 26.04.2023
174
Masallı rayonu Abasbəyli kəndində "Yeyənkənd” sənədli filminin təqdimatı keçirildi.

AZXEBER.COM xəbər verir ki, "Masal prodakşn"ın istehsalı olan ekran əsəri Masallı rayonu Yeyənkənd kənd İnzibati Ərazi Dairəsinə daxil olan Yeyənkənd, Abasbəyli və Xəlfələr kəndlərindən bəhs edir.

Filmin premyerasında ziyalılar, ağsaqqallar, media nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbirin aparıcısı Rahidə Eyvazova qonaqları salamladıqdan sonra, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Çıxış üçün ilk söz "Masal prodakşn”ın baş direktoru Cəfər Cəfərova verildi. Baş direktor bildirdi ki, sənədli filmdə Masallı rayonunun dilbər guşələrindən olan Yeyənkənd kənd İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin tarixi, bu günü, tanınmış şəxsiyyətlərindən söz açılır. "Sənədli filmin hazırlanmasında əsas məqsədlərindən biri Masallı rayonunu, onun kəndlərini, təbiətini, mədəniyyətini və şəxsiyyətlərini təbliğ etməkdir” – deyə C. Cəfərov bildirdi.

Sonra filmə baxış oldu.

Nümayişdən sonra çıxış edən kənd sakinləri filmin ərsəyə gəlməsində "Masal prodakşn” kollektivinə öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, "Yeyənkənd” sənədli filminin İdeya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Dron sürücü Eldəniz Cəbiyev, Diktor Gültəkin Cəfərova, Prodüser Samir Şükürovdur.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI