Özəl sektorda əməkhaqqı artırıla bilərmi? - AÇIQLAMA

Özəl sektorda əməkhaqqı artırıla bilərmi? - AÇIQLAMA
İQTİSADİYYAT
14:53 16.01.2023
802
Yanvarın 1-dən etibarən minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılıb. Eləcə də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əməkhaqları artırıldı.
 
Bəs özəl sektorlarda əməkhaqlarının artırılması üçün nə etmək lazımdır?
 
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı "XezerXeber"ə danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, dövlət sektorunda əməkhaqqı artımı özəl sektora da bu istiqamətdə təsir göstərir. Belə ki, dövlət sektorunda maaş qalxdıqda, bazarda fəaliyyət göstərən peşəkar, ixtisaslaşmış işçilərin seçim imkanı genişlənir və onlar dövlət təşkilatına üz tuturlar. Bu hadisə özəl sektoru əməhaqqını qaldırmaqla bağlı zərurət qarşısında qoyur. Ekspert əlavə edib ki, sahibkarların müxtəlif üsullarla maaş artımına təşviq etmək lazımdır:
 
"25 faizlik sosial sığorta haqqı çox böyük göstəricidir. Birinci bundan başlamaq lazımdır. Burada güzəştlər edilməlidir. Sahibkarın vergi öhdəlikləri aşağı salınmaqla sahibkarın daha yüksək əməkhaqqı verməsi üçün maliyyə mənbələri formalaşdırır. Əməyə tələb artanda bu, məcburən əməkhaqqının artmasına gətirib çıxardır. Bizdə hökumətin görəcəyi işlərdən biri qeyri-neft iqtisadiyyatını şaxələndirmək, inkişaf etdirməkdir. Belə olduğu halda, Azərbaycanda artıq əməyə tələb artacaq. Əməyə tələbin artması da bugünkü sərt rəqabətin zəifləməsinə gətirib çıxardacaq".
 
Millət vəkili, iqtisadçı Vüqar Bayramov isə bildirib ki, mövcud qanunvericiliyə əsasən 25 faiz sosial sığorta haqqının 10 faizini işçi, 15 faizini isə işəgötürən ödəyir:
 
"Nəzərə alsaq ki, özəl sektor əməkhaqqının artırılması ilə bağlı müstəqil, sərbəst qərar verir. Çünki dövlət sektoru deyil. Bununla belə, minimum əməkhaqqı artandan sonra özəl sektorda da əməkhaqların ən az minimum əməkhaqqı səviyyəsinə çatdırılması və bunun verilməsi məcburidir. İşə götürülənlər üçün kreditlərin artırılması, onlara bir sıra hallarda güzəştlərdən istifadə imkanı verilməsinə ehtiyac var, çünki bu halda işəgötürənlər xərcini azaldıb əməkhaqlarına gedə bilər. Bu baxımdan yalnız dövlət sektoru deyil, özəl sektoru da əhatə etməsi prioritet olmaqla qalmaqdadır".
 
Ətraflı "XezerXeber"in süjetində:
 
Mikayıl
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq