Zirzəmidə köpəkbalığı saxladığı iddia edildi

Zirzəmidə köpəkbalığı saxladığı iddia edildi
DÜNYA
14:01 05.09.2026
90
Sosial şəbəkələrdə Özbəkistanın Fərqanə vilayətində çoxmərtəbəli binanın zirzəmisində sakinlərdən birinin qanunsuz süni hovuzda köpəkbalığı saxladığı barədə məlumat yayılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Fərqanə Vilayət Ekologiya və İqlim Dəyişmələri İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. 

Araşdırma zamanı məlum olub ki, həmin şəxs köpəkbalığı yox, görünüşü köpəkbalığına bənzəyən panqasius balığı saxlayır.

Vətəndaş bildirib ki, sosial şəbəkələrdə məlumat yanlış yayılıb və buna görə üzr istəyib. 

O, balıqları artıq zirzəmidə deyil, evinin həyətində saxladığını deyib.

Qeyd edək ki, panqasius balığı əslində akvarium balığıdır. Görünüşünə görə köpəkbalığına bənzədildiyi üçün həm də siam köpəkbalığı adlandırılır.
OXŞAR XƏBƏRLƏR