“Özünü demokratik və qərbpərəst kimi təqdim edənlər ifşa edilir” - Deputat

“Özünü demokratik və qərbpərəst kimi təqdim edənlər ifşa edilir” - Deputat
SİYASƏT
15:39 01.12.2025
719
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli həbs edilib. Səbail Rayon Məhkəməsi bu dəqiələrdə qərarını açıqlayıb.

Təqsirləndirilən şəxsin istintaqdan yayınma, şahidlərə təsir etmə ehtimalları nəzərə alınaraq vəsatət əsaslı sayılıb.

Qərara əsasən Əli Kərimli barəsində 2 ay 13 gün həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin cinayət işi artıq daha böyük miqyasda təhlil edilir:

"Artıq bu məsələdə bir çox adlar ittiham olunur. Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Çox güman ki, onun əlaltıları, partiyada və Milli Şurada olan bəzi şəxslərin də sözügedən hadisələrlə əlaqəsi var. Məlum olur ki, 2013-cü ildə Moskvada yaradılan "Milyaderlər İttifaqı” və onun Bakıda fəaliyyət göstərən dırnaqarası filialı ilə Milli Şura eyni məqsədə xidmət edib. Moskvadakı imperialist qüvvələr tərəfindən yaradılıb idarə olunan bu cür təşkilatlar Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, ölkəmizin yenidən Moskvanın təsir dairəsinə salınmasına və ictimai sabitliyin pozulmasına hesablanıb. Özünü demokratik və qərbpərəst kimi təqdim edən bəzi şəxslərin artıq ifşa olunması, onların Rusiya xüsusi xidmət orqanlarına işlədiyinin üzə çıxması bu prosesin miqyasını göstərir. 

Dünən Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması, Cəmil Həsənlinin isə DTX-də dindirilməsi də sözügedən məsələlərlə bağlıdır”.

Parlamentari vurğulayıb ki, hüquq-mühafizə orqanları səbrlə və ardıcıl şəkildə öz işlərini davam etdirməlidirlər:

"Bütün həqiqətlər üzə çıxarılmalı və xalqa açıqlanmalıdır. Cinayəti törədənlər və buna cəhd edənlər qanunların ən sərt tələbləri ilə cəzalandırılmalıdır. Çünki dövlətə, millətə, xalqa xəyanətdən ağır cinayət yoxdur. Bu faktlar sübut olunduqca xalqın böyük qəzəbinə səbəb olur. Necə ola bilər ki, müstəqil dövlətin azadlığının əlindən alınması üçün belə nadürüst insanlar xarici dövlətlərlə əməkdaşlığa gedirlər? Biz bu gün torpaqlarımızın azadlığı, suverenliyimizin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə fəxr etdiyimiz bir vaxtda, adı bizdən olan, lakin özü düşmən dəyirmanına su tökən şəxslər bu torpaqdan və xalq adını daşımaqdan məhrum edilməlidirlər”.

Qeyd edək ki, Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı