Azərbaycanda bağlanan universitetlər: Tələbələrin aqibəti necə olub?
Xəbər verdiyimiz kimi, Akkreditasiya Şurasının növbəti iclasında qəbul edilən qərara əsasən, Bakı Qızlar Universitetinin institusional akkreditasiya üzrə yekun nəticəsi "uyğun deyil" qiymətləndirilib və ali təhsil müəssisəsi akkreditasiyadan keçməmiş hesab olunub.
Qərardan sonra universitetin gələcək fəaliyyəti və burada təhsil alan tələbələrin taleyi sosial şəbəkələrdə geniş müzakirə olunur...