10 aylıq azərbaycanlı uşaq koronavirusdan sağaldı

SAĞLAMLIQ
15:28 24.07.2020
1132
Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracala kəndində koronavirusa yoluxan 10 aylıq uşaq müalicə olunaraq sağalıb.

AZXEBER.COM "Report”a istinadla xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxeti regional bölməsindən bildirilib.

Körpənin COVID-19-la bağlı son testi neqativ nəticələnib və o, artıq xəstəxanadan evə buraxılıb.

Uşaq anası ilə birgə ikihəftəlik özünütəcriddə qalacaq. Ailə üzvlərinin heç birində virus aşkarlanmayıb.

Qeyd edək ki, körpədə koronavirus iyulun 15-də müəyyən edilmişdi.

OXŞAR XƏBƏRLƏR

X Mostbet