14 yaşlı yeniyetmə bıçaqlandı

14 yaşlı yeniyetmə bıçaqlandı
SOSİAL
09:08 07.05.2026
236
Gəncədə yeniyetmə bıçaqlanıb.

AZXEBER.COM APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2012-ci il təvəllüdlü S.Həsənzadə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR