xari

2020-ci ilin simvolu - Siçanlar haqda bilmədiklərimiz...

SOSİAL
11:26 02.01.2020
7383
Adətən, siçanlar xoşagəlməz, insanlarda ikrah hissi oyadan gəmirici heyvan sayılır. Onların ölçüsü 8 santimetrdən 30 santimetrə qədər ölçüyə malikdir.
 
Bioloqlar bu gəmiricinin 70-ə qədər növünün olduğunu müəyyən ediblər. Onlar arasında ən geniş yayılmışı boz siçanlardır. Məhz boz siçanlar evlərin zirzəmisində, yollarda və baxımsız yerlərdə rastımıza çıxır. Bozla yanaşı, qara siçan da tez-tez insanların rastına çıxır. Qara siçanların özəlliyi onların nisbətən kiçik qabaritlərə malik olması və quyruqlarında tükün olması ilə bağlıdır.

İsti sevən olduğu üçün qara siçanlar adətən Afrika, Asiya və Cənubi Amerika ölkələrində rast gəlinir.

Siçan qidalanmaq üçüx xüsusi şərtlər seçmir. Onlar qoz-fındıq, bütün meyvə-tərəvəz növlərini yeyirlər. Maraqlıdır ki, siçanların görmə qabiliyyəti zəifdir və bu çatışmazlığı onların kəskin iybilmə və eşitmə qabiliyyətləri kompensasiya edir.

Siçanlarla bağlı mənfi rəy təkcə onların görünüşü ilə deyil, həm də onların vəba və s. yoluxucu xəstəliklərin daşıyıcısı olması ilə bağlıdır. Belə ki, 1337-ci ildə məhz siçanlar Avropada "qara ölüm” adını almış vəba epidemiyasını yaymışdılar. Bir neçə il ərzində Avropa əhalisinin 3/1 hissəsi (20-25 milyon insan) bu xəstəliyin qurbanı olmuşdu. Həmin vaxtdan siçanlara həm də ölüm mənbəyi kimi də baxırdılar.

Siçovul kimi oxşar gəmiricidən siçanlar öz ölçüləri ilə seçilir. Siçanların ölçüsü maksimum 15-20 sm-a çatır. Bundan başqa, siçanlar daha kiçik qabaritlərə malik olduğu üçün siçovullar qədər əzələ kütləsinə və gücə malik deyillər.

Bu gəmiricilər az yaşayır. Onların ömrü 2-3 il sürür. Amma buna baxmayaraq, onlar çoxlu bala verirlər. Dişi siçan hər 2 aydan bir balalaya bilir. Yüksək təbii artımına görə hazırda dünyada siçanların dəqiq sayını müəyyən etmək problematikdir.

Siçanların əsas düşməni itlər, pişiklər, bayquşlar və iri quşlar hesab olunur. Maraqlı bir detal ev və çöl siçanlarının ömür uzunluğu ilə bağlıdır. Belə ki, daim qida ilə təmin olunan və vəhşi heyanlardan qorunmaq ehtiyacı hiss etməyən ev siçanları çöl siçanlarından daha çox ömür sürür. /Modern.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:02 13.04.2021

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

23:51 12.04.2021

DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib

23:22 12.04.2021

Pirlodan Ronaldunun son hərəkətinə reaksiya: “Bu, təbiidir”

23:04 12.04.2021

Türkiyədə koronavirusa yoluxanların əksəriyyəti "Britaniya ştammı"dır

22:34 12.04.2021

Daha bir məktəbdə müəllimlər koronavirusa yoluxdu, distant təhsilə keçildi

22:13 12.04.2021

Kanadada koronavirusdan ölənlərin sayında kəskin artım müşahidə olunur

22:10 12.04.2021

Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib

21:42 12.04.2021

Rusiya Türkiyə ilə hava əlaqələrini dayandırır

21:32 12.04.2021

İran Aİ ilə terrorizm sahəsində əməkdaşlığı dayandırır

21:24 12.04.2021

Həkim: “Vaksinasiya faydalı işdir və ona can atmaq lazımdır”

21:13 12.04.2021

Litvanın XİN başçısı Azərbaycana səfər edəcək

21:08 12.04.2021

Aynur Bağırova Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” - VİDEO

21:00 12.04.2021

Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

20:47 12.04.2021

Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib

20:40 12.04.2021

“Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

20:30 12.04.2021

PSJ "Bavariya"ya qarşı oyuna ağır itki ilə çıxır