2025-ci ildə vəfat edən siyasətçilər - SİYAHI

2025-ci ildə vəfat edən siyasətçilər - SİYAHI
SİYASƏT
13:16 18.12.2025
1588
Geridə qoyduğumuz 2025-ci il siyasi baxımdan təkcə gərgin proseslərlə deyil, eyni zamanda ciddi itkilərlə də yadda qaldı. İl ərzində ölkəmizin siyasi həyatında mühüm rol oynamış siyasətçilər vəfat edib. 

AZXEBER.COM 2025-ci ildə vəfat edən siyasətçilərin siyahısını təqdim edir:

1. Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev (1 aprel 1939, – 13 yanvar 2025)

Xaçmazın sabiq icra başçısı, Naxçıvan Muxtar Respublikasının baş naziri (1992) Şəmsəddin Xanbabayev 86 yaşında Xaçmaz şəhərində dünyasını dəyişib. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. 


2. İlyas Abbas oğlu İsmayılov (20 mart 1938 – 17 fevral 2025)  

Azərbaycan SSR Prokuroru, keçmiş ədliyyə naziri, Milli Məclisin lll və lV çağırış deputatı, Ədalət Partiyasının sədri (2021-2025) İlyas İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib. O, Nardaran qəbiristanlığında dəfn olunub.


3. Ələkbərli Felmar Əli oğlu (10 fevral 1950- 02 mart 2025)

Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli 75 yaşında vəfat edib. F.Ələkbərli müstəqillik hərəkatının öncüllərindən olub. 1989-94-cü illərdə Bakı Şin Zavodunun direktoru işləyib və həmin vaxt zavodun həyətində Məmməd Əmin Rəsulzadənin heykəlini ucaltdırıb. 


4. Əsgər Əli oğlu Əsgərov (4 mart 1955– 2 iyun 2025)

Şöhrət ordenli Azərbaycan ictimai-siyasi xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı (1990–1995), Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri (2001–2020) Əsgər Əsgərov Bakıda vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn olunub.

5. Xanhüseyn Hüseynağa oğlu Kazımlı (1 oktyabr 1942 – 24 iyul 2025) 

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib. Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. Mərhum Xanhüseyn Kazımlı "Qurd qapısı” qəbiristanlığında dəfn edilib.


6. Elçin İlyas oğlu Əfəndiyev( 13 may 1943 – 3 avqust 2025)

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev 83 yaşında  vəfat edib. 1993-2018-ci illərdə Azərbaycanın Baş nazirinin müavini kimi çalışıb. 1998-ci ildə "Xalq yazıçısı” fəxri adına layiq görülüb. Bundan başqa, "Şərəf”, "Şöhrət”, "İstiqlal” ordenlərinə, eləcə də "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 


7. Rasim Ağayev (17 mart 1940 – 14 sentyabr 2025) 

Rasim Ağayev sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib. O,  Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürəhman Vəzirovun və Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləyib. 


8. Vahid Axundov Cümşüd oğlu (9 fevral 1942 - 14 dekabr 2025)

Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat edib. 


Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb