FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi
SOSİAL
11:26 07.10.2026
694
Fövqəladə Hallar Nazirliyi havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Bu barədə AZXEBER.COM-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, havaların soyuması ilə elektrik və qazla işləyən qızdırıcı cihazlara olan tələbat xeyli artır:

"Belə olan halda məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, o cümlədən qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və ya partlayışa səbəb ola bilər.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insan itkisi, eləcə də əmlaka və infrastruktura vurulan ziyanla nəticələnir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

- nasaz, eləcə də standartlara uyğun olmayan elektrik, habelə qaz cihaz və qurğularından istifadə edilməməli;

- elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;

- elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;

- elektrik xətləri və uzadıcıları zədələnmiş olmamalı və həddindən artıq yüklənməməli;

- şarj məqsədilə elektrik cihazları (telefon, kompüter və s.), eləcə də mikromobillik vasitələri (elektrikli skuter) mənzil daxilində, xüsusən də gecə saatlarında nəzarətsiz halda şəbəkəyə qoşulu saxlanılmamalı;

- çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında və digər qapalı ərazilərdə təsdiq edilmiş texniki şərt olmadan elektromobillər üçün elektrik doldurma qurğularının quraşdırılmasına yol verilməməli;

-tikinti norma və qaydalarının tələblərinə uyğun quraşdırılmış elektrik doldurma qurğularından istifadə zamanı onlar nəzarətsiz saxlanılmamlı;

- elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;

- mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlanılmamalı;

- mənzili tərk edərkən elektrik və qaz cihazları işlək vəziyyətdə qoyulmamalı;

- mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırılmamalı, elektrik və qaz cihazları işə salınmamalı, açıq oddan istifadə edilməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələr açılmalı, mənzilə qazın girişi bağlanılmalı və mütəxəssis çağırılmalı;

- tam söndürülməmiş kibrit çöpü və siqaret kötüyü zibil qutusuna və ya eyvandan atılmamalıdır.

Yanğın baş verərkən təhlükəsizliyinizi təmin etmək üçün ağız və burnunuzu nəm parça materialı (dəsmal, şərf, paltar və s.) ilə tutub əyilərək və ya sürünərək hərəkət edin, digər otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun, yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın, mənzili tərk etmək mümkün deyilsə eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin, binanı tərk etmək üçün liftdən istifadə etməyin. Yanğın çoxmərtəbəli binaların elektrik şaxtasında, mənzillərində və müxtəlif sahələrində baş verdikdə isə digər mənzillərin sakinləri xilasedicilər gələnədək mənzili tərk etməməli və giriş qapısının ətrafını nəm parça materialı ilə tutub tüstüdən qorunmalıdır.

Göstərilən təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa dəyə biləcək zərərlərin qarşısı alınmış olacaq!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
20:00 24.11.2026
Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
19:22 24.11.2026
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
19:18 24.11.2026
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
19:10 24.11.2026
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
Nazir Ermənistana daşınan yüklərdən danışdı
19:08 24.11.2026
Nazir Ermənistana daşınan yüklərdən danışdı
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
19:05 24.11.2026
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
19:02 24.11.2026
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
18:58 24.11.2026
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
18:55 24.11.2026
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
18:50 24.11.2026
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
18:46 24.11.2026
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
18:41 24.11.2026
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
18:40 24.11.2026
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
18:27 24.11.2026
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18:11 24.11.2026
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18 marşrutun hərəkət sxemi dəyişdi
17:41 24.11.2026
18 marşrutun hərəkət sxemi dəyişdi