İDMANÇIMIZ ERMƏNİSTANIN HİMNİNİ DİNLƏMƏYİB

İDMAN
13:06 30.11.2010
2666

Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının üzvü Firudin Quliyevi ağır cəzalandırmaq fikrindən vaz keçib. Bu haqda Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.

Onun sözlərinə görə, bu günlərdə Kiprin Limasol şəhərində təşkil olunan EWF-nin Konqresində 16 - 23 mayda İspaniyanın Valensiya şəhərində keçirilmiş Avropa çempionatı vaxtı Quliyevin mükafatlandırma mərasimində hakimlərin qərarına etiraz əlaməti kimi Ermənistan himnini dinləməkdən imtinası məsələsinə baxılıb. Öncədən yarışın baş hakiminin raportuna əsasən, atletimizin gümüş medalı əlindən alınmaqla 4 illik cəzaya və AAAF-ın 5 min dollar cəriməyə məhkum edilməsi məsələsi gündəmdə olub. Lakin İsgəndər Əsgərovun çıxışını dinləyən və AAAF prezidenti Cahangir Əsgərovun məktubu ilə tanış olan EWF Icraiyyə Komitəsinin üzvləri idmançımızı cəzalandırmaqdan imtina ediblər. AAAF-a kəsiləcək cərimənin məbləği isə xeyli azaldılıb. Əsgərov bu məsələdə EWF İcraiyyə Komitəsinin Türkiyə və Rumıniyadan olan üzvlərinin köməyini də vurğulayıb.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatında münsiflər heyəti Azərbaycan idmançısının nəticəsini ləğv edərək, Ermənistan təmsilçisinin xeyrinə qərar verib. Mübahisəli məqam 62 kq çəki dərəcəsində təkanla ağırlıq qaldırarkən baş verib. Atletimiz Firudin Quliyev təkanla qaldırmaq üçün 145 kq ağırlıq sifariş verib. Quliyev bu ağırlığın öhdəsindən gəlib. Münsiflər heyəti əvvəlcə onun nəticəsini qeydə alıb. Lakin bundan təqribən 10 dəqiqə sonra qərar ləğv edilib. Səbəb kimi idmançımızın 145 kq ağırlığı qaldırarkən, səhvə yol verdiyi bildirilib. Nəticədə Quliyevin əvvəlki cəhddə qaldırdığı 140 kq ağırlıq saxlanılıb və bu səbəbdən, o, ikinci pillədə qalıb. Birinci yeri isə təkanla qaldırmada 141 kq nəticə göstərən Ermənistan təmsilçisi Vladik Karapetyan tutub. Həm Karapetyan, həm də Quliyev birdən qaldırmada 112 kq-ın öhdəsindən gəliblər. Təkanla 1 kq artıq ağırlıq qaldıran erməni atlet Avropa çempionu olub. Həmyerlimiz isə gümüş medal qazanıb. Mükafatlandırma mərasimi zamanı Quliyev fəxri kürsüyə ağlaya-ağlaya qalxıb. O, medalı aldıqdan sonra isə kürsüdən yerə enib və Ermənistan himnini dinləmədən zalı tərk edib. Bürünc medalı Türkiyə təmsilçisi Əmrə Büyükünlü qazanıb. Lakin Türkiyə nümayəndə heyəti himn çalınarkən, arxasını Ermənistan bayrağına çevirib. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:31 28.11.2021

İran prezidenti Ərdoğanla görüşdü: Regionda təhlükəsizliyi qoruya bilərik

14:10 28.11.2021

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

14:01 28.11.2021

Daha bir ölkədə yeni ştamla bağlı karantin qaydaları sərtləşdirildi

13:36 28.11.2021

Qara və boz paltarlar sağlamlıq üçün təhlükəlidir: XƏBƏRDARLIQ

13:18 28.11.2021

İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

13:09 28.11.2021

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"

13:04 28.11.2021

Dövlət başçısı: "Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər"

12:59 28.11.2021

Təhlükəli “Omikron” ştammı yayılır: Azərbaycan bundan qorunmaq üçün nə etməlidir? - AÇIQLAMA

12:52 28.11.2021

"Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq"

12:46 28.11.2021

"İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır"

12:13 28.11.2021

Dünyada pandemiya ilə bağlı vəziyyət gündən-günə ağırlaşır

11:58 28.11.2021

Sabah hava yağmursuz keçəcək - külək əsəcək

11:46 28.11.2021

Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir

11:32 28.11.2021

Məşhur müğənni Gülbahar Şükürlünün qızıl qolbağını oğurladı: “Çantasında gördüm”​ -​ VİDEO

11:19 28.11.2021

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü

11:15 28.11.2021

Prezident İlham Əliyev Türkmənistana səfərə getdi