Abşeron rayonunda 2 Fevral Gənclər Günü qeyd edildi - FOTOLAR

Abşeron rayonunda 2 Fevral Gənclər Günü qeyd edildi - FOTOLAR
SOSİAL
17:11 02.02.2022
335
Abşeron rayonunda 2 Fevral Gənclər Günü qeyd edilmişdir. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının sədri, Rayon Ağsaqqallar Şurasının sədri, şəhidlərin ailə üzvləri, qazilər, Vətən Müharibəsi iştirakçıları, gənclər, rayon ictimaiyyəti iştirak etmişdir. Tədbir əvvəlcə, Mərkəzin həyətində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilmişdir.

AZXEBER.COM xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildikdən sonra Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrində təhsil alan məktəblilər tərəfindən hazırlanmış əl işləri və rəsmlər nümayiş olunmuşdur.

Rəsm və əl işlərindən ibarət sərgi nümayişindən sonra tədbir Mərkəzin akt zalında Azərbaycan himni ilə başlamış, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək, gəncləri 2 Fevral-Gənclər Günü münasibəti ilə təbrik edərək bildirmişdir ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər Günü təsis edilmişdir. Bunun Ümummilli lider Heydər Əliyevin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşmasının bariz nümunəsi olduğunu önə çəkən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev qeyd etmişdir ki, Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildən həyata keçirilmişdir. Həmin il Gənclər və İdman Nazirliyi təsis edilmiş və bununla da ölkəmizdə yeni gənclər siyasəti dövrü başlamışdır. 1996-cı il fevral ayının 2-də keçirilən Azərbaycan gənclərinin I Forumu ölkə gənclərinin Azərbaycanın gələcəyi olması ilə bağlı ciddi göstəriş və mesaj olmuşdur. 1997-ci il tarixində isə Ümummilli lider Heydər Əliyev 2 fevral-Gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən ənənəvi olaraq 2 fevral Azərbaycan gənclərinin bayram günü olaraq təntənəli şəkildə qeyd olunmaqmadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 9 fevral tarixində "Gənclər İli” elan edilməsi barəsində imzaladığı sərəncamla gənclərin ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi daşımışdır.

Torpaqlarımızın azadlığı uğrunda döyüşən, 30 illik erməni işğalına son qoyan igidlərimizin Azərbaycanın müstəqilliyi dövründə yetişən, formalaşan gənclik olduğunu qeyd edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbə qazandığını və artıq qalib xalq olaraq ərazi bütövlüyümüzü tam təmin etdiyimizi bildirmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev vurğulamışdır ki, biz Abşeron Rayon İcra Hakimiyyəti olaraq daim gənclərimizin, qazilərimizin, şəhid ailələrinin yanındayıq və onlara hər zaman dəstək göstərməyə hazırıq.

Daha sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid leytenant Məmmədov Fərid Vəlhad oğlunun həyat yoldaşı Şəhla Məmmədova, şəhid kapitan Quliyev Hətəmxan Məti oğlunun həyat yoldaşı Aytac Quliyeva, şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun həyat yoldaşı Günay Mustafayeva, Vətən Müharibəsi Qəhrəmanı baş leytenant Qəzənfər Ağayev, III dərəcəli Vətən Müharibəsi əlili Xəqani Muradov çıxış edərək gəncləri təbrik etmiş, gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini qeyd edərək ölkəmizdə həyata keçirilən

gənclər siyasətinin uğurlarından, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən çoxsaylı müsbət nəticələrdən danışmışlar.

Tədbirin sonunda ölkəmizin azadlığı uğrunda Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüşlərə qatılan gənc qazilərə və eləcə də, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Rəsmi hissədən sonra gənclərə bədii hissə təqdim olunub. Bədii hissədə ölkəmizin tanınmış incəsənət nümayəndələrinin və Abşeron məktəblilərinin hazırladığı musiqili proqram təqdim olunmuşdur.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
"Santa Barbara"nın ulduzunun müalicəsi üçün pul toplanır
14:11 25.06.2026
"Santa Barbara"nın ulduzunun müalicəsi üçün pul toplanır