"Ana dilimiz - qürurumuzdur"

SOSİAL
13:42 01.08.2021
181

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi amildir.

Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi.

Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanına malikdir. Bir vaxtlar dünya dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdi, indi birbaşa əlaqə imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır. Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.

Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir.

Bu ənənələri möhtərəm Prezidentimiz uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Həmçinin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan xalqının Ana dili onun milli varlığının təzahürü, maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən çox mühüm vasitə, həmçinin ən böyük qürurudur. Dünyanın qədim dil ailəsinə - türk dili qrupuna aid olan Azərbaycan dili bu gün Azərbaycan Respublikası adlı dövlətin rəsmi dili kimi böyük adı daşıyır. Bu dildə həm də ölkənin sərhədlərindən kənarda milyonlarla insan danışır, ona qürurla "Ana dilim” deyir, sevə-sevə öz övladlarına öyrədir. Bizim ən müqəddəs borcumuz Azərbaycan dilini daha da zənginləşdirib, inkişaf etdirməkdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:38 17.10.2021

Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

22:28 17.10.2021

Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər öldü

22:10 17.10.2021

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

21:59 17.10.2021

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

21:39 17.10.2021

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

21:24 17.10.2021

Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

21:07 17.10.2021

Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü

20:50 17.10.2021

Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq - Prezident

20:40 17.10.2021

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə güclənən Azərbaycanla qürur duyur”

20:26 17.10.2021

İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başladı

20:14 17.10.2021

Prezident: “Biz öz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik”

20:08 17.10.2021

Bill Klinton xəstəxanadan evə buraxıldı

19:16 17.10.2021

Türkiyə hərbçiləri PKK-nın daha 5 terrorçusunu zərərsizləşdirdi

18:58 17.10.2021

QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi

18:36 17.10.2021

Baş epidemioloq: “Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb”

18:25 17.10.2021

Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat ayrıldı