"ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib" - Fuad Ələsgərov

"ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib" - Fuad Ələsgərov
SOSİAL
10:22 20.09.2018
3995
"Bu yaxınlarda 20 illiyini qeyd etdiyimiz ANAMA 1998-ci ilin iyulun 18-də Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin sərəncamı ilə yaradılıb, işğaldan azad edilən ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi onun əsas vəzifəsi kimi müəyyən edilib. Fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib, ümumilikdə 53 min hektardan çox ərazinin mina və partlamamış hərbi sursatdan təmizləyib, bunun da nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıdıb".

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) - NATO Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi" birgə layihəsinin bağlanış mərasimində Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov deyib.

O qeyd edib ki, hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir: "Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. O, bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub. ANAMA-nın NATO-nun Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığı xüsusi olaraq vurğulanmalıdır. İki təşkilatın 2005-ci ildən başlayaraq həyata keçirdiyi Saloğlu layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazi minalardan təmizlənib".

F.Ələsgərovun sözlərinə görə, digər uğurlu layihə isə Ceyrançöl layihəsi olub: "Keçmiş SSRİ-nin Qafqaz regionundakı qoşunlarının hərbi təlim poliqonu olmuş bu ərazidə xeyli miqdarda mina, tank və artilleriya mərmiləri, aviasiya bombaları və digər partlamamış hərbi sursatlar aşkarlanıb. Bu ərazi Azərbaycanda mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri idi. 2012-ci ildən başlayaraq 3 mərhələdə həyata keçirilən Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib. Layihənin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı, bir sıra ölkələr donor qismində çıxış ediblər, fürsətdən istifadə edərək, layihədə iştirak edən bütün donor ölkələrə, eləcə də maliyyə vəsaitinin yığılması, donor ölkələrlə əlaqələndirmənin aparılmasında göstərdiyi köməyə görə NATO-nun Dəstək və Təchizat Agentliyinə Azərbaycan hökuməti adından dərin təşəkkürümü çatdırıram".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
11:45 07.07.2026
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
11:08 07.07.2026
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
11:03 07.07.2026
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
11:02 07.07.2026
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
10:55 07.07.2026
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
10:54 07.07.2026
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
10:51 07.07.2026
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
10:48 07.07.2026
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
10:43 07.07.2026
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
10:38 07.07.2026
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
10:09 07.07.2026
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
10:09 07.07.2026
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
"DreamDoll Bri" Floridada atışmada öldü
10:06 07.07.2026
"DreamDoll Bri" Floridada atışmada öldü
“Azeri Light” bu gün neçəyə satılır?
09:53 07.07.2026
“Azeri Light” bu gün neçəyə satılır?
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
09:41 07.07.2026
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır
09:38 07.07.2026
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır