Arıqlamaq üçün edilən bu üsul risklidir - Professor xəbərdarlıq etdi

Arıqlamaq üçün edilən bu üsul risklidir - Professor xəbərdarlıq etdi
SOSİAL
00:41 16.08.2026
1038
Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratların kəskin şəkildə rasiondan çıxarılması halsızlıq, baş ağrısı, əsəbilik, diqqət dağınıqlığı və digər sağlamlıq problemləri ilə nəticələnə bilir.

Karbohidratları rasiondan tamamilə çıxarmaq sağlamlıq üçün təhlükəlidirmi? Bu hal orqanizmdə hansı problemlərə səbəb ola bilər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, karbohidratlar gündəlik qəbul etdiyimiz bir çox qidanın tərkibində var:

"Hətta ayrıca karbohidratlı məhsullar qəbul etməsək belə, şirin qidalar və digər qida məhsulları vasitəsilə bədənə kifayət qədər, bəzən isə həddindən artıq miqdarda karbohidrat daxil olur. Ona görə də karbohidratların mümkün qədər məhdudlaşdırılması vacibdir. Çünki artıq miqdarda qəbul edilən karbohidratlar orqanizm üçün əlavə yük yarada bilər. Onlar bədəndə enerji ehtiyatı kimi depolaşa, artıq qəbul edildikdə isə çəki artımına, metabolik pozuntulara və uzunmüddətli perspektivdə şəkərli diabet kimi problemlərin yaranmasına zəmin yarada bilər”.

Adil Qeybulla vurğulayıb ki, yüksək miqdarda karbohidrat qəbuluna ehtiyac daha çox ciddi fiziki fəaliyyət göstərən insanlarda özünü göstərə bilər:

"Lakin hazırda insanların əksəriyyətinin gündəlik fiziki aktivliyi əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb. Hərəkətsiz həyat tərzi, oturaq iş və fiziki aktivliyin kifayət qədər olmaması nəticəsində qəbul edilən artıq kalorilər bədəndə sərf olunmadan qala bilər. Bu baxımdan, rasionda karbohidratların miqdarına nə qədər diqqət etsək və xüsusilə artıq karbohidrat qəbulunu nə qədər azaltsaq, sağlamlığımızın qorunmasına bir o qədər töhfə vermiş olarıq. Əsas məsələ isə karbohidratları tamamilə qidadan çıxarmaq deyil, onların miqdarını və mənbəyini düzgün seçməkdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
16:35 19.10.2026
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
16:13 19.10.2026
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
İran bayraqları, fars dilində şüarlar... -  Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
16:09 19.10.2026
İran bayraqları, fars dilində şüarlar... - Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
Pensiyaçılara şad xəbər - Bu tarixdə
15:59 19.10.2026
Pensiyaçılara şad xəbər - Bu tarixdə
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:43 19.10.2026
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
15:39 19.10.2026
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO