Ağstafada canavar 27 qoyunu parçaladı

Ağstafada canavar 27 qoyunu parçaladı
HADİSƏ
22:12 25.04.2025
343
Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə E.Məmmədova məxsus fermada baş verib.

Vəhşi heyvanlar fermaya girərək 27 xırdabuynuzlu heyvanı parçalayıb, 10-nu yaralayıb.

Hadisə nəticəsində fermerə ciddi maddi ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR