Astarada dəhşətli qətl: Atasını verilişə görə öldürdü, cəza almadı

Astarada dəhşətli qətl: Atasını verilişə görə öldürdü, cəza almadı
SOSİAL
09:10 12.03.2024
228
Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 36 yaşlı Rühəngiz Əliyevanın məhkəməsi yekunlaşıb.

AZXEBER.COM "qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işində bir sıra məqamlar ortaya çıxıb.

İstintaq materiallarında qeyd edilib ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə "Space TV”də yayımlanan "Gəl Danış” verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqlarını düşünən ata Ruhəngizin televiziya kanalına çıxmasını istəməsə də, qızı buna məhəl qoymayıb. Bundan qəzəblənən Rühəngiz mübahisə əsnasında atasını bir neçə dəfə bıçaqlayaq qətlə yetirib.

Hadisədən sonra Rühəngiz cinayəti qardaşının üstünə atmaq istəyib. O, polisə zəng edərək qardaşı Rəşadın atasını öldürdüyünü deyib. Aparılan istintaqla qısa müddətdə hadisənin R.Əliyeva tərəfindən törədilməsi sübut edilib.

Müdafiə tərəfinin təqdim etdiyi sənədlərdən və şahid ifadələrindən məlum olub ki, R.Əliyevanın psixoloji problemi var, psixatriya xəstəxanasında müalicə olunub. Bununla bağlı məhkəmə istintaqı dövründə təkrar ekspertiza keçirilib. Ekspertin rəyi ilə sübut olunub ki, təqsirləndirilən şəxs qulluq və müalicə tələb edən ciddi davranış pozuntusundan əziyyət çəkir.

Qeyd olunanlara əsasən Nahid Hüseynovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxs hadisə törədərkən anlaqsız vəziyyətdə olub.

Hökmə əsasən, R.Əliyeva cinayət məsuliyyətindən və cəzadan azad edilib. Həmçinin onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə tətbiq edilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
20:21 31.08.2026
"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
20:13 31.08.2026
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
20:07 31.08.2026
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
"Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır"
20:06 31.08.2026
"Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır"
CENTCOM SEPAH-ın iddiasını təkzib edib: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib
19:50 31.08.2026
CENTCOM SEPAH-ın iddiasını təkzib edib: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib
Prezident onlarla ayaqüstü söhbət etdi - FOTOLAR
19:39 31.08.2026
Prezident onlarla ayaqüstü söhbət etdi - FOTOLAR
İrem Dericinin nişanlısı saxlanıldı
19:39 31.08.2026
İrem Dericinin nişanlısı saxlanıldı
“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu
19:35 31.08.2026
“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu
Ukraynada polis şöbəsində partlayış oldu
19:10 31.08.2026
Ukraynada polis şöbəsində partlayış oldu
Bakıda daha bir yolda təmir işlərinə başlanılır
18:54 31.08.2026
Bakıda daha bir yolda təmir işlərinə başlanılır
Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq
18:39 31.08.2026
Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq
Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb
18:27 31.08.2026
Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb
"Liverpul" 18 yaşlı hücumçu Cilian Nqessanı heyətinə qatır
18:13 31.08.2026
"Liverpul" 18 yaşlı hücumçu Cilian Nqessanı heyətinə qatır
Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu
18:01 31.08.2026
Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu
Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir - FOTOLAR
17:48 31.08.2026
Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir - FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyi ilə “Veysəloğlu” arasında memorandum imzalanacaq – FOTOLAR
17:35 31.08.2026
Kənd Təsərrüfatı Nazirliyi ilə “Veysəloğlu” arasında memorandum imzalanacaq – FOTOLAR