Avstriya yığması Azərbaycan millisi ilə oyunun heyətini açıqladı

Avstriya yığması Azərbaycan millisi ilə oyunun heyətini açıqladı
İDMAN
19:43 14.03.2023
337
Avstriya yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millilərinə qarşı keçirəcəyi oyunun heyəti müəyyənləşib.

Baş məşqçi Ralf Ranqnik 25 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 5-i isə hücumçudur. Mütəxəssis Almaniya Bundesliqasında çıxış edən 9 avstriyalı oyunçunu yığmaya çağırıb. Ümumiyyətlə, 25 futbolçudan yalnız 6-sı daxili birincilikdə çıxış edir.

Zədə səbəbindən iştirakı sual altında olan kapitan David Alaba, digər müdafiəçi Filipp Lienhart və hücumçu Marko Arnautoviç də heyətdə yer alıblar.

Qapıçılar: Niklas Hedl ("Rapid”, Vyana), Haynts Lindner ("Syon”, İsveçrə), Aleksander Şlager (LASK)

Müdafiəçilər: David Alaba ("Real Madrid”, İspaniya), Kevin Danso ("Lans”, Fransa), Filipp Lienhart ("Frayburq”, Almaniya), Filipp Muene (PSV, Niderland), Stefan Poş ("Bolonya”, İtaliya), Qernot Trauner ("Feyenoord”, Niderland), Maksimilian Vöber ("Lids”, İngiltərə)

Yarımmüdafiəçilər: Conas Oyer ("Rapid”, Vyana), Kristof Baumqartner ("Hoffenhaym”, Almaniya), Matias Honsak ("Darmştadt”, Almaniya), Florian Kaynts, Deyan Lyubiçiç (hər ikisi "Köln”, Almaniya), Konrad Laymer ("Leyptsiq”, Almaniya), Aleksander Prass ("Şturm”), Marsel Sabitzer ("Mançester Yunayted”, İngiltərə), Nikolas Seyvald ("Zalsburq”), Patrik Vimmer ("Volfsburq”, Almaniya)

Hücumçular: Junior Adamu ("Zalsburq”), Marko Arnautoviç ("Bolonya”, İtaliya), Mixael Qreqoritş ("Frayburq”, Almaniya), Karim Onisivo ("Maynts”, Almaniya), Andreas Veymann ("Bristol Siti”, İngiltərə)

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki "Raiffeisen Arena”da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
06:00 06.10.2026
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
05:48 06.10.2026
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
Bu 4 bürcün bəxti həmişə gətirir
05:36 06.10.2026
Bu 4 bürcün bəxti həmişə gətirir
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək
05:23 06.10.2026
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək