Azad Rəhimov 9 idmançının dopinqə görə cəzalandırılmasından danışdı - AÇIQLAMA

Azad Rəhimov 9 idmançının dopinqə görə cəzalandırılmasından danışdı -  AÇIQLAMA
SİYASƏT
17:24 04.04.2014
1287

“Bizim idmançılarla bərabər Ermənistan, Qazaxıstan, Rumıniya və digər ölkələrin yığmalarında da dopinq-testlərin nəticələri müsbət çıxıb. Buna görə də onların hamısı cəzalandırılıb. Yəni, ağırlıqqaldıranlarımızın məqsədli cəzalandırılmalarından söhbət gedə bilməz”

AZXEBER.COM Apasport.az saytına ikstinadən məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Rəhimov 9 ağırlıqqaldıranımızın dopinq-testdən keçə bilməyərək, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən cəzalandırılmasına münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda idman sahəsində çalışan bütün insanlar dopinqin əleyhinədir: “2006-cı ildən Gənclər və İdman Nazirliyində dopinqə qarşı mübarizə sektoru yaratmışıq. Bu gün Azərbaycan dopinq-testlərin göndərilməsi baxımından MDB ölkələri arasında Rusiya və Ukraynadan sonra 3-cü yerdədir. Hər il 500-dən artıq analizi müxtəlif laboratoriyalara göndəririk. Sözsüz ki, dopinqə qarşı mövqeyimiz çox ciddidir. Biz bununla sonadək mübarizə aparmağa hazırıq. Belə halları nə dəstəkləyə, nə əlavə bir söz deyə bilərik”.

Nazirin fikrincə, bəzi hallarda prosessual məsələlərdə və ya dopinq-testin götürüldüyü təşkilatda sadə səhvlərə yol verilir. O səhvlərin nəticəsində idmançı da günahsız ola-ola cəzalandırıla bilər: “Ona görə də biz tam şəkildə bu məsələ ətrafında yaxşı mənada istintaq aparır, baxırıq. Ağır Atletika Federasiyası ilə görüşümüz olub və onun nəticəsində Milli Olimpiya Komitəsi və nazirliyimiz tərəfindən idmansevərlərə və mediaya rəsmi məlumat çatdırılacaq, növbəti addımlar barədə açıqlamalar veriləcək”.

Qeyd edək ki, ağırlıqqaldıranlarımızdan 8-i 2 illik, Zülfüqar Süleymanov isə ömürlük diskvalifikasiyaya məruz qalıb. Azərbaycan Ağır Atletika Federasiyasına isə 500 min dollar cərimə kəsilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI