AZAL, ARDNŞ və Azercell-dən Baku-2020-yə dəstək

AZAL, ARDNŞ və Azercell-dən Baku-2020-yə dəstək
GƏNCLİK
01:47 19.05.2012
1988
Azərbaycanın aparıcı şirkətləri Bakı-2020-yə dəstək oldular Azərbaycanın ən böyük şirkətləri Bakının 2020 Olimpiya Oyunlarına namizədliyini rəsmən dəstəklədiklərini bildirdilər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Hava Yolları (AZAL) və ölkənin ən böyük mobil operatoru Azercell şirkətinin rəhbərləri Bakı-2020 layihəsini dəstəklədiklərini elan etdilər. “Dövlət Neft Şirkəti ölkəmizin enerji resurslarından əldə olunan gəlirlərin xalqımızın rifahı və dövlətimizin inkişafına yönələn hökumət strategiyasını həyata keçirən aparıcı qüvvədir. Azərbaycan hökuməti ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaq üçün bir çox işlər görür. Bakımızın 2020 Olimpiya Oyunlarına namizədliyi isə bizə bu inkişaf prosesini sürətləndirmək, Azərbaycanı dünyanın idman və turizm mərkəzlərindən birinə çevirmək, ölkəmizdə sağlam həyat tərzini inkişaf etdirmək üçün gözəl imkan yaradır” – ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev bildirmişdir. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Prezidenti Cahangir Əsgərov AZAL-ın Bakı-2020 layihəsinə dəstəyini belə şərh etmişdir: “Dövlətimizin strateji hava nəqliyyatı şirkəti olan AZAL Azərbaycanın turizm imkanlarının təbliğinə böyük önəm verir. 2011-ci ildə Azərbaycana səfər edən turistlərin sayı 2 milyonu keçərək rekord göstəriciyə çatmışdır. Şərqlə Qərb arasında yerləşən Bakı qədim mədəniyyət və tarixlə yanaşı, eyni zamanda müasir inkişafı özündə əks etdirir. Nadir özünəməxsusluğu ilə Bakı dünyanın ən cazibədar paytaxtları sırasındadır. Bakının 2020 Olimpiya Oyunlarına iddiasına AZAL şirkəti dəstək olmağa hazırdır. Ümid edirik ki, Bakı dünyanın ən möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək və paytaxtımız dünyanın ən iri turizm və idman bölgələrindən birinə çevriləcək.” Azercell MMC-nin Prezidenti Əli Ağan da Bakının 2020 Olimpiya Oyunlarına iddiasını dəstəklədiyini qeyd etmişdir: “İnformasiya və Kommunikasiya Texnologiyaları Azərbaycan iqtisadiyyatının neft sənayesindən sonra ən sürətlə inkişaf edən ikinci sektorudur. Hazırda ölkə ərazisinin 80%-i mobil rabitə xidmətləri ilə əhatə olunub. Azərbaycan əhalisi isə yeni texnologiyalara böyük həvəs göstərir. Azərbaycanlılar savadlılıq səviyyəsinə görə dünyada aparacı mövqel tuturlar. Ölkədə idmana böyük maraq var. Ümid edirik ki, Bakı-2020 layihəsi uğurlu olacaq və paytaxtımız regionda ilk Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Azercell şirkəti isə ölkənin ən iri mobil operatoru olmaqla Bakının Olimpiya iddiasını dəstəkləməyə həmişə hazırdır.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər