Azay Quliyev: Vaxtında Azərbaycanı müdafiə etsəydiniz Ukraynadakı hadisələr də olmazdı

Azay Quliyev: Vaxtında Azərbaycanı müdafiə etsəydiniz Ukraynadakı hadisələr də olmazdı
SİYASƏT
14:10 08.04.2014
1160

ATƏT PA-nın Kopenhagendə keçirilən büro iclasında Ukraynadakı böhran, Komitələrin qurumun Bakıda keçiriləcək 23-cü illik sessiyasına təqdim etmək üçün hazırladıqları hesabat və qətnamələrin müzakirəsi, ATƏT-ə sədrlik edən İsveçrənin hazırladığı fəaliyyət planı geniş müzakirə edilib.

ATƏT PA –nın büro üzvü və Təhlükəsizlik və Siyasi məsələlər Komitəsinin sədr müavini, Azərbaycanın millət vəkili Azay Quliyev iclasda çıxış edib.

Ukraynadakı vəziyyətə toxunan millət vəkili bu ölkənin ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını müdafiə edib. Lakin eyni zamanda o vurğulayıb ki, bugünkü böhranlı vəziyyətin yaranmasında beynəlxalq təşkilatlar da az məsuliyyət daşımırlar:

“Belə ki, ATƏT və digər beynəlxalq qurumlar regionda mövcud olan dövlətlərarası münaqişələri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vaxtında və ədalətli həllinə nail olsaydı və qəti qərarlar qəbul edərək ölkəmizin ərazi bütövlüyünü təmin etsəydi, indiki vəziyyətin şahidi olmazdıq. İndi çoxu beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışır, amma təəssüf ki, biz 20 ildən çoxdur ki, bu haqda danışsaq da, buna məhəl qoyan yoxdur. Yaranmış gərgin vəziyyət ATƏT üçün bir imtahandır və bunun öhdəsindən gəlmək üçün yol xəritəsi hazırlanmalı və cəsarətli qərarlar qəbul edilməlidi”.

Daha sonra Azay Quliyev ATƏT PA Təhlükəsizlik və Siyasi məsələlər Komitəsinin məruzəçisi xanım Pia Kaumanın hazırladığı qətnamə layihəsinə iki mühüm məsələnin əlavə edilməsini təklif edib. Birinci, bir dövlətin başqa birisinin ərazisini işğal etmək məqsədilə xalqların öz müqəddaratını təyin etmək adı altında qondarma referendumlar keçirməsinə və işğala qanuni don geyindirmək cəhdlərinə ATƏT PA-nın münasibət bildirməsini təklif edib: “ATƏT ərazisində mövcud olan münaqişələrin tarixinə baxsaq görərik ki, bütün bu münaqişələrin hamısı saxta referndum keçirməklə başlamışdır. Bunun qarşısını almaq üçün ATƏT açıq şəkildə bildirməlidir ki, bu tipli referendumlar üzv ölkələrin konstitusiya və qanunları çərçivəsində olmalı və birtərəfli şəkildə elan olunan separatçı fəaliyyətə yol verilməməlidir”.

İkinci təklifdə isə ATƏT-in bir üzvünün digərinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi və bunun qətnamədə ayrıca bir maddə ilə qeyd olunmasının vacibliyi vurğulanıb. İsveçrənin sədrliyinə də toxunan Azay Quliyev movcud problemlərin həlli üçün vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq edilməsini və bu prosesdə ölkə parlamentlərinin rolunun artırılmasının zəruriliyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI