"Azərbaycan demokratiyanın durumuna görə heç bir ölkədən geri qalmır" – Əli Həsənov

"Azərbaycan demokratiyanın durumuna görə heç bir ölkədən geri qalmır" – Əli Həsənov
SİYASƏT
11:04 17.04.2015
1199

“Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək”.

Əli Həsənov: Azərbaycan demokratiyanın durumuna görə heç bir dünya ölkəsindən geri qalmır

Bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşmaq azadlığının durumu heç bir dünya ölkəsindən geri qalmır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilk Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə aparılan kampaniyaya münasibət bildirərkən deyib.

Ə.Həsənov bildirib ki, bu gün Qərbdə anti-islam, anti-türk meylləri, ikili standartlar siyasəti hökm sürür. Bütün bunlar Avropa siyasətçilərinin, beynəlxalq qurumların, həmçinin ayrı-ayrı hüquq müdafiə təşkilatlarının fəaliyyətində də özünü açıq büruzə verir:

“Bu meyllər Azərbaycana və Türkiyəyə münasibətdə özünü xüsusi göstərir. Düşünürük ki, Azərbaycan cəmiyyəti nəyin baş verdiyini çox gözəl anlayır. Xalqımız başa düşür ki, ölkəmizlə bağlı formalaşdırılmağa çalışan rəyin, səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Bunlar, sadəcə olaraq, Azərbaycan dövlətinin uğurlarının, həmçinin bizim dünyaya nümayiş etdirmək istədiyimiz dəyərlərimizin effektivliyini azaltmaq məqsədi daşıyır.

Əminəm ki, belə cəhdlər heç bir nəticə verməyəcək. Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik. Azərbaycan 20 ildə dünyanın gözü qarşısında uğurlu inkişaf yolu keçib.

Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qarşısındadır. Bunu heç kim inkar edə bilməz. Eyni zamanda heç kim Azərbaycanda olmayan nöqsanları bizim ayağımıza yaza bilməz”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycanda bütün hüquqlar, bütün azadlıqlar təmin olunub:

“Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR