Azərbaycan Gənclər Fondu bölgələrdə - FOTO

Azərbaycan Gənclər Fondu bölgələrdə - FOTO
GƏNCLİK
12:30 13.06.2012
1905

Azərbaycan Gənclər Fondunun bölgələrdə təqdimatı keçirilir.

Fondun mətbuat katibi Aynur Həsənzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, bölgələrdə təqdimat mərasimlərinin keçirilməsinə iyunun 11-dən başlanıb və təqdimatlar 16 iyuna qədər davam edəcək. 

Belə ki, zonal mərkəzlər olaraq təyin olunmuş Quba, Qəbələ, Göyçay, Sumqayıt, Salyan, Sabirabad, Gəncə və Bərdə kimi şəhərlərdə Gənclər Fondu aktiv gəncləri bir araya toplayır, Fondu təqdim edir. Fondun əməkdaşları iki qrupa bölünərək müxtəlif istiqamətlərə yola düşüblər. Təqdimatları Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov və digər əməkdaşlar aparırlar. Keçirilən təqdimat mərasimlərinə bölgələrin aktiv gəncləri və gənclər təşkilatları toplanıblar. O cümlədən, müvafiq şəhərlərin və rayonların Gənclər və İdman İdarələrinin rəisləri, İcra Hakimiyyəti nümayəndələri təqdimatlarda iştirak edirlər. Artıq Sabirabad, Salyan və Qubada təqdimatlar keçirilib və gənclər tərəfindən böyük marağa səbəb olub.  Bu gün Gəncə, Qəbələ və Bərdədə təqdimat mərasimləri keçiriləcək. Zonal mərkəz olaraq təyin olunmuş Gəncə şəhərində keçiriləcək tədbirə bu şəhərlər yanaşı, Mingəçevir, Daşkəsən, Yevlax, Gədəbəy, Samux, Göygöl, Şəmkir, Qazax, Tovuz, Ağstafa kimi şəhərlərdən gənclər qoşulacaq. Növbəti təqdimat Qəbələdə baş tutacaqdır. Burada isə müvafiq olaraq Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, Oğuzdan olan ictimai aktiv gənclər iştirak edəcəklər. Bu gün ərzində sonuncu təqdimat Bərdə şəhərində keçiriləcək. Təqdimata Bərdə, Ağcabədi, Tərtər, Goranboy və Naftalandan gənclər gələcəklər. Ümumilikdə, hər təqdimatda 150-yə yaxın gəncin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Azərbaycan prezidentinin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə yaradılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər