Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının ilk iclası keçirildi

Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının ilk iclası keçirildi
GƏNCLİK
16:25 07.06.2012
2002

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 19 Dekabr tarixli, 542 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi yanında Gənclər Fondu yaradılmışdır. Fondun Əsasnaməsinə uyğun olaraq Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun Müşahidə Şurası həyata keçirəcəkdir. Bugün, 7 iyun 2012-ci il tarixində, saat 12:00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının ilk iclası keçirilmişdir.

Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, həmin iclasda Şura üzvlərindən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Təhsil Nazirinin müavini Qulu Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nın İnkişaf Proqramının Layihə rəhbəri Məzahir Əfəndiyev, Avropa şurasının Azərbaycandakı Ofisinin rəhbər müavini Teymur Məlik-Aslanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər və İdman nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Şahin Seyidzadə, , “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova iştirak etmişlər. İclası Fondun icraçı direktoru Fərhad Hacıyev açıq elan etmiş və Şuranın üzvlərini salamlamışdır. Daha sonra Azərbaycan Gənclər Fondu haqqında ümumi məlumat vermiş və gündəlikdə duran məsələləri qeyd etmişdir. Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının sədrliyi üçün Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayevin namizədliyi irəli sürülmüş və yekdilliklə qəbul olunmuşdur. İclas zamanı Fondun loqosu Şura üzvlərinə təqdim olunmuş, loqonun simvolları açıqlanmış və təsdiq olunmuşdur. Gündəlikdə qeyd olunan digər məsələlərdən biri də elan olunacaq qrant müsabiqələri və onların şərtləri olmuşdur. Bundan əlavə gənclər təşkilatları Fondun saytında necə qeydiyyatdan keçməli və müsabiqələrdə necə iştirak etmələri üçün şərtlər müzakirə olunmuş və təsdiq edilmişdir. Layihələrin maliyyələşdirilməsi, həmçinin xaricdə yaşayan azərbaycanlı tələbələr və gənclər üçün müsabiqələrdə iştirak şərtləri də müzakirə olunan məsələlər içində olmuşdur. Xüsusilə, regionlardan gələcək layihələrin maliyyələşdirilməsinə diqqət ayrılacağı qeyd olunmuşdur. Daha sonra gənclərə beynəlxalq tədbirlərdə, seminarlarda, layihələrdə iştirak imkanı verəcək İştirak Qrantları haqqında da müzakirələr aparılmışdır. Sonda sabah, 8 iyun saat 12:00-da “JW Marriott Absheron” otelinin “Şərq” zalında keçiriləcək Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi, tədbirin planı açıqlanmış və təsdiqlənmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər