Azərbaycan Gənclər Fondunun təqdimatı olacaq

Azərbaycan Gənclər Fondunun təqdimatı olacaq
GƏNCLİK
10:25 04.06.2012
2012
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək. O cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək fondun əsas məqsədləridir.
Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaq, ideyaların yaradılması və idarəedilməsini stimullaşdıracaq. Azərbaycan Gənclər Fondu gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edib. 
Fondun mətbuat xidmətinin rəhbəri Aynur Həsənzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd isə gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaq idi. Adı çəkilən müsabiqə yekunlaşıb və 181 ədəd loqo təklifi gəlib. Müsabiqədə Avropanın bir sıra ölkələrinin də gəncləri iştirak ediblər.
İyunun 8-də isə Gənclər Fondunun təqdimat mərasimi keçiriləcək. Mərasimdə fondun loqosu, saytı, fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunacaqdır. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmiləri, nazirlər, millət vəkilləri, özəl sektor təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər