Azərbaycan jurnalistləri İkinci Səudiyyə Media Forumunda

Azərbaycan jurnalistləri İkinci Səudiyyə Media Forumunda
SOSİAL
15:28 22.02.2023
158
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində "Media sənayesi: imkanlar və çağırışlar" şüarı ilə İkinci Səudiyyə Media Forumu keçirilib. Səudiyyə Ərəbistanı Jurnalistlər Assosiasiyası və Səudiyyə Yayım Orqanının birgə təşkilatçılığı ilə baş tutan və iki gün - 20-21 fevral tarixlərində davam edən Foruma dünyanın 30-dan çox ölkəsindən 1500 nəfərədək nümayəndə, o cümlədən, KİV nümayəndələri, ekspertlər, analitiklər qatılıblar. Tədbirdə Azərbaycan Mətbuat Şurasının və müxtəlif media orqanlarının nümayəndələri də təmsil olunublar. Hafta.az-ın məlumatına görə, Forumda medianın bütün formalarına – çap, audio və rəqəmsal sahələrə həsr olunan 50-dən çox sessiya və seminar keçirilib. Panel müzakirələri media sahəsində baş verən yeniliklərlə yanaşı, jurnalistika prinsiplərinin pozulması, fake xəbərlərin mediada yer alması, vətəndaş mediasının ənənəvi mediaya təsiri və yaratdığı problemlər, rəqəmsal media, sosial platformaların ictimai rəydə rolu, robot jurnalistikasının inkişafı və digər  məsələləri əhatə edib.

Forumda müxtəlif ölkələrin media təcrübəsini əhatə edən "Media: müxtəliflik və imkanlar”, "Tədqiqat mərkəzləri və baxışların ölçülməsi”,  " Media – süni intellektdən istifadənin etik və praktik alətləri”, "Səudiyyə Ərəbistanının təcrübəsində enerji sektorunda transformasiya”, "Qadın liderliyinin gücləndirilməsi”, "Kontent yaradıcılığı və Səudiyyə təcrübəsinin bölüşdürülməsi”, "Xəbər agentlikləri – keçmiş və gələcək arasında”, "Rəqəmsal influenser: media nümayəndələri, yaxud reklamçılar”, "Mediada reklam məsələləri”, "Yeni rəqəmsal dünyada media”, "Media institutları, böhran diaqnozunun qiymətləndirilməsi və çağırışlarla üzləşmək” və digər mövzularda çıxışlarla olub.

Fevralın 21-də Forum işini "Robot jurnalistikası”, "Tik-Tok-un faydaları: fantaziya ilə reallıq arasında”, "Rəqəmsal diplomatiya və cəmiyyətin ünsiyyət mədəniyyəti”, "Sosial media- yaradıcılıq və marketinq” və s. mövzularda çıxışlar və panel müzakirələri ilə davam etdirilib.

Forumun sessiyalarında Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman bin Əbdüləziz, media və ticarət naziri Məcid bin Abdullah Al- Qəssabi, investisiya naziri Xalid Al- Falih də iştirak ediblər. 

Səudiyyə Yayım İdarəsinin baş direktoru Mohammad Əl-Harti bildirib ki, hazırda dünya mediası bir çox çətinliklərlə üzləşib və ərəb mediası da onun bir hissəsidir: "Jurnalistlər texnologiyaların inkişaf sürətinə və yeniliklərə uyğunlaşmalıdırlar”.

İki gün davam edən forum laureatların mükafatlandırılması mərasimi ilə öz işini başa çatdırıb. Səudiyyə Ərəbistanının İnformasiya naziri vəzifəsini icra edən Dr. Məcid Əl-Qəsabinin də qatıldığı və bir sıra ərəb mediası rəhbərlərinin və qonaqların iştirakı ilə keçirilən mərasimdə qaliblərə mükafatlar təqdim edilib. Səudiyyə Ərəbistanında yayımlanan "Okaz” qəzetinin baş redaktoru Cəmil əz-Ziyabi "Jurnalist dialoqu" mükafatına, Təğrid ət-Tasan isə "Jurnalist məqaləsi" mükafatına layiq görülüb. Xəbər janrında mükafat jurnalist Yəmən Loğmana, jurnalist araşdırması sahəsində mükafat isə səudiyyəli şair Xələf bin Hathalla bağlı araşdırmasına görə "Saudi National Guard" jurnalına verilib. "Radio dialoq" kateqoriyasında "Rotana FM”dən Xalid Əbdüləziz, "Əl-Araby” kanalının yayımçısı Xalid Mədxali isə "Vizual dialoq" mükafatını qazanıb. Mükafat elmi tezislər kateqoriyasında xanım Şahd Harmuşa, kitablar və araşdırmalar kateqoriyasında isə yazıçı-jurnalist Əhməd əl-Ərfəcə verilib. Yazıçı-jurnalist Məhəmməd əl-Ratyan isə "Keyfiyyətli məzmun" mükafatına layiq görülüb. 

İnformasiya naziri vəzifəsini icra edən doktor Məcid Əl-Qəsabi məhkəmə jurnalistikasında uzun karyerasının kuliminasiya nöqtəsi olan Media Şəxsiyyət Mükafatını professor Xalid əl-Malikə təqdim edib.

Forumda iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbirlə bağlı öz fikirlərini bölüşüb: "Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnlalistdən, o cümlədən, Azərbaycan Mətbuat Şurasının üzvlərindən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanında səfərdədir. Biz səfər çərçivəsində bu ölkənin paytaxtı Ər-Riyad şəhərində keçirilən və iki gün davam edən ikinci Səudiyyə Media Forumunda iştirak etdik. İlk forum 2019-cu ildə keçirilib. Bu il keçirilən ikinci forumda müasir medianın aktual problemləri - həm audiovizual, həm rəqəmsal, həm də sosial və ənənəvi çap mediası ilə bağlı müzakirələr aparıldı. Çox maraqlı çıxışlar oldu, tezislər irəli sürüldü, panellər təşkil edildi, müzakirələrdə müasir medianın aktual problemləri öz əksini tapdı. Ənənəvi medianı necə qoruyub saxlamaq, audiovizual medianın sosial media ilə rəqabətdə üstünlük qazanmasının yolları, sosial medianın problemləri, hətta robot jurnalistika ilə də bağlı müzakirələr aparıldı. Ümumi fikir bu oldu ki, jurnalistlər müasir dövrün, texnologiyaların inkişafına bələd olmalı, bu sürətli proseslərdən geri qalmamalıdırlar. Tədbirin sonunda müxtəlif sahələrdə fəaliyyət göstərən jurnalistlər mükafatlandırıldı.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti forum çərçivəsində Səudiyyə Ərəbistanın tarixilə bağlı maraqlı bir tamaşa-konsert də izlədilər. Yüksək səviyyədə hazırlanmış bu tamaşada Səudiyyə Ərəbistanının tarixi, keçdiyi inkişaf yolu, eləcə də çağdaş vəziyyəti yüksək səviyyədə əksini tapmışdı. Bir sözlə, çox maraqlı və yaddaqalan bir tədbir oldu”.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri davam edir. Onlar ölkənin tarixini və mədəni həyatını əks etdirən müxtəlif yerlərində, o cümlədən, Səudiyyə Ərəbistanı Krallığının  Milli Tarix Muzeyində olublar. Bundan əlavə, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayevlə də görüşüblər. Səfir Şahin Abdullayev görüş zamanı Azərbaycan- Səudiyyə Ərəbistanı münasibətlərindən danışıb, jurnalistlərə iki ölkə arasındakı hərtərəfli əlaqələr barədə məlumat verib.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı