“Azərbaycan Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur” - Deputat

“Azərbaycan Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur” - Deputat
SİYASƏT
14:52 17.11.2025
308
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 15 noyabrda Özbəkistana işgüzar səfər edib. Dövlət başçısı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edib. Səfər çərçivəsində İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüş keçirərək iki ölkə arasında əməkdaşlıq, regional layihələr və strateji tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. 

Milli Məclisin deputatı Müşfiq Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, sözügedən görüş regionun gələcək inkişaf strategiyasını formalaşdırmaq, ölkələrarası əməkdaşlığı dərinləşdirmək və yeni regional təşəbbüsləri razılaşdırmaq baxımından olduqca əhəmiyyətlidir:

"Sözügedən görüş regionun gələcək inkişaf strategiyasını formalaşdırmaq, ölkələrarası əməkdaşlığı dərinləşdirmək və yeni regional təşəbbüsləri razılaşdırmaq baxımından olduqca əhəmiyyətlidir. Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələriylə iqtisadi, nəqliyyat, investisiya və enerji sahələrində əməkdaşlığı güclənməkdədir. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq vahid siyasi format səviyyəsinə yüksəlibdir. Artıq bu əlaqələr tarixi-mədəni yaxınlıqdan daha geniş, daha funksional və daha strateji bir məzmuna malikdir”.

Deputat deyib ki, Mərkəzi Asiya üçün Orta Dəhlizin inkişafı çox böyük əhəmiyyət daşıyır:

"Mərkəzi Asiya üçün Orta Dəhlizin inkişafı çox böyük əhəmiyyət daşıyır. Belə ki, yüklərin Avropaya daha səmərəli daşınması məsələsi prioritetdir. Beləliklə dövlətimiz Mərkəzi Asiyanın Avropa və Xəzər regionu ilə əlaqələrinin gücləndirilməsində vasitəçi ola bilər”.

Parlamentari vurğulayıb ki, artıq Azərbaycan Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur:

"Artıq Azərbaycan Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olunur və bu istiqamətdə keçirilən bütün təmaslarda tamhüquqlu iştirakçı status da  qazandı. Bu, sadəcə simvolik jest deyil, yeni bir siyasi xəritənin formalaşması deməkdir. Azərbaycanın Mərkəzi Asiya platformasına daxil edilməsi son illər dövlətimizin bu öklələrlə  sürətlə inkişaf edən strateji əməkdaşlığından irəli gəlir.
Bu qərardan sonra Azərbaycanın yalnız müşahidəçi və ya tərəfdaş kimi deyil, məhz regional qərarların qəbulunda söz sahibi kimi çıxış edəcəkdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər