Azərbaycan Universitetində tələbələrin iştirakı ilə seminar keçirildi

Azərbaycan Universitetində tələbələrin iştirakı ilə seminar keçirildi
GƏNCLİK
18:29 04.06.2012
1680

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər” adlı layihənin icrası çərçivəsində seminar keçirilib.

Azərbaycan Universitetinin Mətbuat xidmətinin rəhbəri Venera Şərifzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, “Qlobal məkanda diffamasiya məsələləri: müasir milli və beynəlxalq standartlar” mövzusunda media hüquq ekspertlərinin, jurnalistlərin və tələbələrin iştirakı ilə Azərbaycan Universitetində təşkil olunan seminarda diffamasiyanın anlayışı, komponentləri və dekriminalizasiyası məsələlərinə aydınlıq gətirilmiş, Avropa Məhkəməsi təcrübəsində diffamasiya işləri nəzərdən keçirilərək ətraflı müzakirələr aparılmış, eyni zamanda Azərbaycan Respublikasının cinayət və mülki qanunvericiliyində diffamasiya ilə bağlı müddəalara xüsusi diqqət ayrılmışdır.

Tədbirdə mülki və cinayət diffamasiyası ilə bağlı faydalı fikir mübadiləsi aparılmış, ölkəmizdə “böhtan və təhqir” anlayışlarına ümumi münasibətin dəyişilərək, bu terminlərin məzmunundakı cinayət xarakterli tendensiyasının mülki hüquqi kontekstdə nəzərdən keçirilməsini zəruri hesab edən mövqelər bildirilmiş, habelə bu əməllərə görə cinayət məsuliyyətinin milli qanunvericilikdə saxlanılmasını məqbul sayan fikirlər səsləndirilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” kitabının çap olunaraq pulsuz yayımı da nəzərdə tutulmuşdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər