Azərbaycanın dünya çempionu: “İstərdim nəticələr idman tariximizdə yenidən təkrarlansın”

Azərbaycanın dünya çempionu: “İstərdim nəticələr idman tariximizdə yenidən təkrarlansın”
İDMAN
08:21 12.10.2021
425
"Nəticədən bəlli olduğu kimi, yarış mənim, eyni zamanda komandamız üçün uğurlu keçdi. Sevindirici haldır ki, 6 ildən sonra yenidən dünya çempionatında qızıl medal qazandıq. Bundan əlavə, yığma komandamız medal sayı hesabında üçüncü yerə layiq görüldü. Rusiya, İran və Azərbaycan komandalarının üzvləri fəxri kürsüyə qalxdılar. Bu ölkələrin idmançıları ilə birlikdə Azərbaycan komandasının da fəxri kürsüyə qalxması böyük nəticədir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Norveçin paytaxtı Osloda keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatında qızıl medal qazanmış Azərbaycan millisinin üzvü Rafiq Hüseynov deyib.

Azərbaycan güləşçisi qalib gələn komanda yoldaşlarını təbrik edib: "Qalib gələnləri təbrik edirəm. Bundan əlavə, məşqçilər, həkim heyətinə təşəkkür edirəm. Bizim olimpiya kateqoriyalı hakimimiz də yarışda iştirak edirdi. Qürurvericidir ki, o da final görüşünü idarə edənlər arasında idi”.

Rafiq Hüseynov bir daha vurğulayıb ki, yarış Azərbaycan millisi üçün uğurlu keçib: "Böyük nəticələrlə qayıtdıq. Əlbəttə nəticələrə sevinirəm. İstərdim ki, nəticələr Azərbaycanın idman tarixində yenidən təkrarlansın”.

O, bundan əvvəl də beynəlxalq yarışlarda müxtəlif nəticələr əldə etdiyini xatırladıb: "Böyük nəticələr 30 yaşdan sonra oldu. Mən 2011-ci ildə də Avropa çempionu, 2017-ci ildə Avropa üçüncüsü olmuşam. Eləcə də digər yarışlarda da müxtəlif nəticələr əldə etmişəm. Sevdiyim işlə məşğul olduğuma görə bu mənə uğur gətirir. Zənnimcə hər hansı insan sevdiyi işlə məşğul olursa, bu ona uğur gətirəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır