Azərbaycanın dövlət ali məktəblərində oxuyan əlaçı tələbələrin nəzərinə

Azərbaycanın dövlət ali məktəblərində oxuyan əlaçı tələbələrin nəzərinə
GƏNCLİK
14:32 11.02.2014
2782
Azərbaycanda dövlət ali məktəblərində təhsil alan bəzi tələbələrə xarici dil mükəmməl şəkildə öyrədiləcək.
Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, növbəti tədris ilində dövlət ali məktəblərində savadlı tələbələrdən ibarət "SABAH" qrupları yaradılacaq. Bu qruplar 5 ixtisas qrupuna daxil olan ixtisaslar üzrə əyani formada I kursu ən yüksək nəticələrlə bitirmiş tələbələrdən seçmə yolu ilə formalaşdırılacaq. Tələbələrin seçimi müxtəlif aspektləri nəzərə alan xüsusi metodikaya uygun aparılacaq.
Ümumilikdə "SABAH" qrupları Təhsil Nazirliyinin tabeliyindəki 20 ali təhsil müəssisəsindən 15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək. Tələbələrin əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda - 79,5%, humanitar və sosial ixtisas qrupunda - 67,5%, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda - 57,3%, təbiət ixtisas qrupunda - 87,8%, texniki və texnoloji ixtisas qrupunda - 49,5% təşkil edəcək.
Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani formada təhsil alan 21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə tutulur.
Nazirlikdən bildirilib ki, "SABAH" qruplarında təhsil alan tələbələrə ixtisas fənləri ilə yanaşı, mükəmməl xarici dil biliklərinin verilməsi də nəzərdə tutulur. Bu məqsədlə xüsusi proqramlar hazırlanacaq və tətbiq olunacaq.
Nazirlik hesab edir ki, həmin qrupları bitirən məzunlar əmək bazarında rəqabətədavamlı olacaqlar.
Təhsilin digər səviyyəsinə qəbul zamanı həmin qruplarda təhsil alan tələbələrə müəyyən güzəştlərin edilib-edilməyəcəyinə gəldikdə, nazirlikdən deyilib ki, onların ali təhsilin növbəti səviyyəsinə qəbulu ümumi qaydalar əsasında həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər