Azərbaycanlı gənc erməniləri ifşa edən ombudsmanla görüşdü

Azərbaycanlı gənc erməniləri ifşa edən ombudsmanla görüşdü
GƏNCLİK
23:30 27.01.2014
1747
TURSAM rəhbəri Əhməd Şahidov Moldovanın ombudsmanı Aureliya Qriqoriuya Azərbaycan bayrağı hədiyyə edib 
AZXEBER.COM xəbər verir ki, TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Moldova Respublikasının Parlament vəkili (Ombudsmanı) xanım Aureliya Qriqoriu ilə görüşüb. Görüş zamanı Moldovalı Ombudsman ötən ilin İyul ayının 4-də Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə” adlı beynəlxalq konfransda çıxışına görə ona qarşı təşkil olunan hücumlar haqqında ətraflı məlumat vermiş və Azərbaycan həqiqətlərini ermənilərin və bütün dünyanın üzünə dediyinə görə, ona olan təzyiqlərdən danışmışdır. Xanım Aureliya Qriroriu Yerevandakı çıxışında Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırımı törətməkdə ittiham etmiş və onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirmişdi.
Görüş zamanı xanım Aureliya Qriroriu təəssüflə bildirdi ki, Ermənistan parlamentində çıxışından sonra təzyiqlərə və təhdidlərə məruz qalaraq onun ölkəni tərk etməsinə əngəllər yaradılmışdı. Moldova parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunmuş, əks halda qisas alınacağı bildirilmişdi.
Yerevandakı məlum çıxışından sonra Azərbaycanda qəhrəman kimi qarşılanan və Azərbaycan xalqının sevimlisinə çevrildiyini vurğulayan TURSAM rəhbəri Əhməd Şahidov bir daha Moldovalı ombudsmana bu şücaətinə görə dərin təşəkkürünü bildirmiş və gələcəkdə bu istiqamətdə ikitərəfli əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırmışdır. Moldovanın da ərazi bütövlüyü ilə bağlı oxşar probleminin olduğunu diqqətə çatdıran Moldovalı ombudsman Azərbaycanda da bu konflikt barədə tədbirlərin keçirilməsini və Azərbaycan insanının da Dnestryanı münaqişə barədə məlumatlandırılmasını istədi.
TURSAM rəhbəri Əhməd Şahidov Azərbaycan həqiqətlərini bütün dünyada yaydığına görə, Moldova ombudsmanı xanım Aureliya Qriroriuya üçrəngli Azərbaycan bayrağını və özünün qələmə aldığı “Sıfır Nöqtəsi” romanını hədiyyə etmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər