Azərbaycanlı gənclər Dərviş Eroğlu ilə görüşüb

Azərbaycanlı gənclər Dərviş Eroğlu ilə görüşüb
GƏNCLİK
19:15 09.11.2013
1589

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) Kipr təmsilçisi və Kipr adasında ən fəal gənclərdən biri Kamran Əliyev Şİmali Kipr Türk Cümhuriyyətinin Prezidenti Dr. Dərviş Eroğlu ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, noyabrın 5-də Kamran Əliyev və Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində ŞKTC Prezidenti Derviş Eroğlu ilə görüşüb. Prezident sarayında baş tutan rəsmi qəbul zamanı Azərbaycan-Şimali Kipr münasibətləri barədə danışan Əhməd Şahidov keçən ilin Dekabr ayında ŞKTC Prezidenti ilə görüşünü xatırlatmış və həmin görüşdə Şimali Kiprlə bağlı əsər yazmaq barədə Derviş Eroğlunun tövsiyyəsinə ciddi yanaşdığını və “Sıfır Nöqtəsi” adlı roman qələmə aldığını bildirmişdir.Yeni əsəri barədə Şimali Kipr rəhbərinə geniş məlumat verən Əhməd Şahidov romanda təkcə Şimali Kipr deyil, habelə Azərbaycan və Türkiyə də daxil olmaqla, bütün Türk dünyası barədə məqamların yer aldığını bildirmişdir. “Sıfır Nöqtəsi” romanının əsas süjet xəttinin ikiyə bölünmüş Kipr adasının birləşməsi barədə olduğunu deyən Əhməd Şahidov yaranacaq vahid Kipr Respublikasında adanın Türk kəsiminin daha mühüm mövqeyə malik olacağı haqqında əsərdə danışıldığını diqqətə çatdırmışdır.Görüş zamanı Kamran Əliyev bildirib ki, Əhmət Şahidovun xaricdə, özəlliklə keçmiş sovet ölkələrində ŞKTC-ni təmsil edib tanıtmağı tək ŞKTC üçün deyil, bütün Türk dünyası üçün önəmlidir. ŞKTC prezidenti Dr. Dərviş Eroğlunun ŞKTC-də yaşayan və təhsil alan azərbaycanlılara dəstək verdiyi üçün ''ASAİF'' təmsilçisi ona öz minnətdarlığını bildirib.“Sıfır Nöqtəsi” romanını sevinc hissi ilə qarşılayan ŞKTC prezidenti Derviş Eroğlu bu əsərin iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə yardımçı olacağını söyləmişdir. Gənc yazıçı Əhməd Şahidovun, ŞKTC-də təhsil alan və yaşayan azərbaycanlıların bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirən ŞKTC prezidenti Derviş Eroğlu Şimali Kipr üçün verdiyi bu töhfəyə görə Əhməd Şahidova və Kamran Əliyevə dərin təşəkkürünü bildirmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi