Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar
SOSİAL
19:09 05.09.2026
66
Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilaktik tədbirlər həyata keçirən zaman "Chevrolet" markalı avtomobilin dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik edilməklə və şüşələrinə normativ tələblərə uyğun olmayan plyonka çəkilməklə idarə olunduğunu müşahidə ediblər.

Aparılan yoxlama zamanı avtomobilin sürücüsü M.Əfəndiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və narkotik vasitə qəbul etdiyi müəyyənləşib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Əfəndiyev 15 gün müddətinə inzibati qaydada həbs olunub.
OXŞAR XƏBƏRLƏR