Bakıda şirkət əməkdaşı qəza törətdi - 3 nəfər öldü

Bakıda şirkət əməkdaşı qəza törətdi - 3 nəfər öldü
SOSİAL
10:36 19.01.2022
717
Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb.

AZXEBER.COM-un report-a istinadən veridyi məlumata görə, hadisə yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi "Səba” ASC-yə məxsus "Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi "VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR