Bakıda tramvay qayıdır: “İdeyanın özü yox, tıxacları azaldıb-azaltmayacağı vacibdir”

Bakıda tramvay qayıdır: “İdeyanın özü yox, tıxacları azaldıb-azaltmayacağı vacibdir”
SOSİAL
14:03 28.01.2026
1048
Xəbər verdiyimiz kimi, Bakıda tramvay nəqliyyatının bərpası istiqamətində konkret addımlar atılır. Mehdiabad qəsəbəsindən metronun "28 May” stansiyasına qədər uzanacaq tramvay xətti ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb və layihələndirmə işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxışı zamanı məlumat verib. O bildirib ki, tramvay xəttinin keçəcəyi marşrut nəzərə alınmaqla "Sea Breeze” ərazisində yolun en kəsiyinin forması da artıq razılaşdırılıb.

Nəqliyyat sahəsi üzrə ekspert Adil Nəbiyev AZXEBER.COM-a açıqlamasında layihəni paytaxtda ictimai nəqliyyatın inteqrasiyasını gücləndirən strateji addım kimi dəyərləndirib:

"Tramvay xətti Bakının şimal qəsəbələri ilə şəhər mərkəzi arasında birbaşa və fasiləsiz nəqliyyat əlaqəsinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, təkcə yeni nəqliyyat xətti deyil, eyni zamanda ictimai nəqliyyatın inteqrasiyasını gücləndirən strateji addımdır. Xətt istifadəyə verildikdən sonra sərnişinlər üçün daha rahat, sürətli və planlı hərəkət imkanı yaranacaq, şəxsi avtomobildən asılılıq isə mərhələli şəkildə azalacaq. Layihənin əsas üstünlüklərindən biri də sərnişin mübadiləsinin düzgün qurulmasıdır”.

Ekspert qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması gündəlik on minlərlə avtomobil səfərinin azalmasına səbəb ola bilər:

"Gələcəkdə M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikilməsi, eləcə də Azadlıq prospekti metro stansiyası ilə inteqrasiya tramvayla gələn sərnişinlərin səfərlərini metro və ya dəmir yolu ilə davam etdirməsinə imkan yaradacaq. Son dayanacaq kimi nəzərdə tutulan "28 May” nəqliyyat mübadilə mərkəzi isə müxtəlif istiqamətlər üzrə hərəkəti bir nöqtədə birləşdirərək şəhərdaxili və şəhərlərarası əlaqələri daha səmərəli edəcək. Bu dəhlizin fəaliyyətə başlaması nəticəsində tıxaclar azalacaq, yol hərəkəti rahatlaşacaq, vaxt itkisi və ekoloji çirklənmənin mənfi təsiri minimuma enəcək”.

Adil Nəbiyev vurğulayıb ki, Bakıda əsas nəqliyyat sıxlığı mərkəzdaxili küçələrdə deyil, giriş-çıxış dəhlizlərində formalaşır:

"Layihələrin prioritetlərinin Bakının real nəqliyyat problemləri ilə nə dərəcədə uzlaşması əsas müzakirə mövzusudur. Şəhərdə ən ciddi sıxlıq mərkəzdə deyil, məhz əsas giriş və çıxış dəhlizlərində yaranır. Cənub istiqamətində Azneft meydanı ilə Bayraq meydanı arasında cəmi 4 kilometrlik məsafədə günün böyük hissəsində hərəkət demək olar ki, iflic olur. Eyni vəziyyət şimal istiqamətində Sulutəpə ilə 20 Yanvar ərazisi arasında – təxminən 6,5 kilometrlik hissədə müşahidə edilir”.

Ekspertin sözlərinə görə, tramvay xəttinin harada və hansı məqsədlə salınması həlledici amildir:

"Əgər tramvay xətləri tıxacın nisbətən az olduğu mərkəzi hissələrdə qurularsa, bu, ümumi nəqliyyat yükünü azaltmaqda ciddi effekt verməyə bilər. Əksinə, əsas giriş-çıxış dəhlizlərini hədəfləyən, metro və avtobus xətləri ilə inteqrasiya olunan marşrutlar real rahatlıq yarada və şəxsi avtomobildən istifadənin azalmasına səbəb ola bilər. Nəticə etibarilə, tramvay ideyasının özü deyil, onun tətbiq məntiqi və düzgün marşrut seçimi həlledici rol oynayır. Bakı üçün əsas məqsəd simvolik layihələr deyil, gündəlik tıxacdan əziyyət çəkən minlərlə insanın problemini real şəkildə yüngülləşdirən həllər olmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək