Bakıdakı sənədsiz evlərlə bağlı acı həqiqət — On minlərlə insan risk altındadır

Bakıdakı sənədsiz evlərlə bağlı acı həqiqət — On minlərlə insan risk altındadır
SOSİAL
00:21 07.05.2026
1257
Daşınmaz əmlak bazarında son illər borc qarşılığında evin və ya torpağın "formal" satışı kütləvi xarakter almağa başlayıb. İlk baxışda borcun qaytarılmasına zəmanət kimi görünən bu addım əslində həm alanı, həm də satanı böyük hüquqi uçuruma sürükləyir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, belə hallar çoxdur:

"Bunlar əsasən daşınmaz əmlakla bağlı olur. Dövlət reyestrinə daxil olmayan tikililərin  istər yaşayış, istərsə də qeyri-yaşayış sahələrinin alqı-satqısı rəsmiləşdirilə bilmir. Bu səbəbdən tərəflər qeyri-rəsmi razılaşmalar əsasında hərəkət edirlər. Bu zaman isə, adətən, hansısa borc müqaviləsi və ya digər qeyri-rəsmi sənədlər ortaya çıxır. Nəticədə sonradan mübahisələr yaranır. Digər geniş yayılmış hal avtomobillərin etibarnamə ilə verilməsidir ki, bu da çox ciddi problemlərə səbəb olur. Əslində, "etibarnamə ilə avtomobil almaq” ifadəsi yanlış yanaşmadır. Etibarnamə ilə heç nə alınmır, sadəcə müəyyən səlahiyyət verilir. Lakin buna baxmayaraq, insanlar pul ödəyib avtomobili bu şəkildə əldə etdiklərini düşünürlər. Sonradan isə məlum olur ki, avtomobil yüklüdür, yaxud sahib şəxs vəfat edir və vərəsələri müdaxilə edərək avtomobili geri tələb edirlər. Bu kimi hallarda ciddi mübahisələr yaranır”.

Sahib Məmmədov vurğulayıb ki, Bakıda on minlərlə sənədsiz və təyinatı üzrə tikilməyən evlərin olması bu problemi daha da dərinləşdirir. Qeyri-rəsmi alqı-satqı zamanı tərəflər ən azı əllərində güclü sübut bazası saxlamalıdırlar.

"Ümumilikdə, bu cür məsələlərin ən düzgün yolu onların hüquqi müstəvidə həll edilməsidir. Reallıq isə ondan ibarətdir ki, xüsusilə Bakı şəhərində on minlərlə sənədsiz, təyinatı düzgün olmayan torpaqlar üzərində tikilmiş evlər və digər əmlaklar mövcuddur. Bu əmlakların alqı-satqısı qeyri-rəsmi şəkildə həyata keçirilir və nəticədə bu cür mübahisələr qaçılmaz olur. Bu alqı-satqının tam dayanacağını gözləmək real deyil. Belə əməliyyatlara gedən şəxslərin əlində sübutlar olsun. Məsələn, bir şəxs evi qeyri-rəsmi şəkildə alır və bunun qarşılığında borc müqaviləsi bağlanırsa, sonradan borc qaytarıldıqda bu öhdəliyin bitdiyini təsdiq edən ayrıca sənəd də tərtib olunmalıdır. Hətta "WhatsApp” yazışmaları kimi əlavə sübutlar da gələcəkdə məhkəmədə faydalı ola bilər. Mülki işlərdə sübut etmə yükü tərəflərin üzərinə düşür. Buna görə də insanlar çalışmalıdır ki, əllərində sübutlar olsun. Əgər rəsmi sənədlər yoxdursa, ən azı qeyri-rəsmi də olsa, sübut bazası formalaşdırılmalıdır”.

Qısası, əgər sənədsiz evi borc qarşılığında alırsınızsa və ya avtomobili yalnız etibarnamə ilə idarə edirsinizsə, hər an həmin əmlakı itirə bilərsiniz. Belə risklərdən qorunmaq üçün hər bir ödənişi və razılaşmanı sənədləşdirmək, hətta mesajları belə sübut kimi saxlamaq lazımdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Neftçi”-“Dinamo” oyunu başlayıb
20:07 22.07.2026
“Neftçi”-“Dinamo” oyunu başlayıb
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
19:34 22.07.2026
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi