Bakının bəzi kəndlərini qurbağalar basıb - Səbəb açıqlandı

Bakının bəzi kəndlərini qurbağalar basıb - Səbəb açıqlandı
SOSİAL
13:28 29.06.2026
573
Sosial şəbəkələrdə yayılan görüntülərdə Bakının Ramana qəsəbəsi və bir sıra ərazilərində çoxlu sayda qurbağanın olduğu görünür. Görüntülər müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, qurbağaların sayının artması əsasən yağıntılı hava şəraiti ilə bağlıdır.

Onun sözlərinə görə, qurbağalar nəm və yağıntılı mühiti sevən canlılardır:


"Qurbağaların bu qədər çoxalması yağıntılarla əlaqədardır. Onlar nəmli mühitdə daha aktiv olurlar. Eyni zamanda, yüngül çəkili canlı olduqları üçün güclü küləklər onları gölməçələrdən və su hövzələrindən başqa ərazilərə daşıya bilər”.

Ekoloq qeyd edib ki, Bakı kəndlərinin bir çoxunun ətrafında göllər mövcuddur və dənizə yaxın yerləşmə də bu prosesə təsir göstərən amillərdəndir.

Şəhanə Ziyad
OXŞAR XƏBƏRLƏR