Bank kartı olanların nəzərinə — Keşbeklərlə bağlı mühüm açıqlama

Bank kartı olanların nəzərinə — Keşbeklərlə bağlı mühüm açıqlama
SOSİAL
23:07 08.05.2026
964
Bank sektorunda müşahidə olunan əsas tendensiyalardan biri keşbek proqramlarında edilən dəyişikliklərdir. Bir çox banklar müştərilərə təqdim olunan keşbek faizlərini azaldır və ya müəyyən kateqoriyalar üzrə məhdudlaşdırır. Bu isə vətəndaşların gündəlik alış-veriş davranışına və ümumilikdə nağdsız ödəniş vərdişlərinə necə təsir göstərə biləcəyi sualını aktuallaşdırır. Xüsusilə rəqabətin gücləndiyi maliyyə bazarında belə dəyişikliklərin istehlakçı seçimlərinə təsiri diqqət mərkəzindədir.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı bank eksperti Emin Kərimov Demokrat.az-a bildirib ki, keşbek faizləri ümumilikdə bonus proqramı xarakteri daşıyır və müştəriyə geri ödəniş formasında təqdim olunur:

"Bu, əlavə motivasiya yaratmaq məqsədi daşıyır. Bir çox hallarda banklar müxtəlif məhsullar üzrə keşbek faizləri təklif edirlər. Müxtəlif məhsul alışları və xidmətlərin istifadəsi zamanı fərqli keşbek faizləri tətbiq olunur. Bu yanaşma müştəriləri əlavə motivasiya etmək, müştəri bazasının loyallığını qorumaq və müştərinin banka bağlılığını gücləndirmək üçün istifadə edilən proqramdır. İlkin dövrlərdə keşbek faizi daha çox standart formada təqdim olunurdusa, hazırda məhsullar və xidmətlər üzrə dəyişkən xarakter daşıyır. Məsələn, müxtəlif dövrlərdə yanacaqdoldurma məntəqələrində bəzi banklar 10 faiz, bəziləri 5 faiz, digərləri isə 7 faiz keşbek təqdim edir, bəzi hallarda isə ümumiyyətlə həmin xidmət üzrə keşbek tətbiq olunmur. Bu tədbirlər satış həcminin artırılması və müştəri məmnuniyyətinin qorunması üçün nəzərdə tutulur".

O bildirib ki, bəzi hallarda keşbek faizlərinin dəyişməsi, bir şəxsin bir neçə bank kartına sahib olması zamanı istifadə davranışına təsir edə bilər:

"Müştəri daha yüksək keşbek təqdim edən kartı seçə və digər kartlardan istifadəsini azalda bilər. Lakin bu dəyişikliklər adətən kart istifadəsinin tam dayanmasına səbəb olmur və ümumi kart dövriyyəsinə ciddi təsir göstərmir. Müştərilər müxtəlif kartları fərqli məqsədlər üçün istifadə edirlər. Məsələn, bir kart yanacaq xərcləri üçün, digəri market alışları üçün, başqa bir kart isə turizm və səyahət xərcləri üçün daha sərfəli ola bilər.

Banklar bu bazarı izləyir və rəqabət şəraitinə uyğun olaraq keşbek faizlərini müəyyən məhsullar üzrə artırır və ya azaldırlar. Bu da əsasən satışın stimullaşdırılması və müştəri loyallığının qorunması məqsədinə xidmət edir. Keşbek proqramları müştəri cəlbi və mövcud müştərinin saxlanılması baxımından vacib amillərdən biri kimi çıxış edir və kart seçimində mühüm rol oynayır".

Ekspert deyib ki, keşbek faizlərinin dəyişməsi nağd dövriyyənin azalmasına ciddi təsir göstərmir:

"Çünki dünya üzrə, o cümlədən ölkəmizdə elektron ödənişlər sürətlə inkişaf edir. Kart istifadəsinin artması, mobil ödəniş sistemlərinin genişlənməsi və smart cihazlar vasitəsilə ödəniş imkanlarının yaranması nağdsız əməliyyatları daha da rahatlaşdırır.

Məsələn, ictimai nəqliyyatdan istifadə zamanı nağd ödəniş etmək üçün əvvəlcə bankomatdan pul çıxarmaq, daha sonra həmin vəsaiti kart balansına yükləmək və ya xüsusi ödəniş terminallarından istifadə etmək tələb olunur. Halbuki elektron ödənişlər vasitəsilə bir neçə saniyə ərzində NFC texnologiyası ilə birbaşa ödəniş etmək mümkündür. Bu rahatlıq və sürət nağd dövriyyənin istifadəsini azaldır və elektron ödənişləri daha cəlbedici edir.

Ümumilikdə elektron ödənişlərin inkişafı cəmiyyət üçün geniş imkanlar yaradır və bu sahənin gələcəkdə daha da genişlənəcəyi gözlənilir. Keşbek faizləri isə bu prosesdə əlavə motivasiyaedici vasitə kimi çıxış edir və elektron ödənişlərin istifadəsini stimullaşdırır",- deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
01:58 02.11.2026
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
01:53 02.11.2026
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
01:48 02.11.2026
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
01:43 02.11.2026
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
İran XİN onları terrorçu kimi tanıyıb
01:38 02.11.2026
İran XİN onları terrorçu kimi tanıyıb
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:33 02.11.2026
Bakının bir sıra ərazisində işıqlar sönəcək
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
01:28 02.11.2026
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
01:23 02.11.2026
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
Ebola virusu yayılan ölkələrin sayı artır
01:18 02.11.2026
Ebola virusu yayılan ölkələrin sayı artır
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
01:13 02.11.2026
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
01:03 02.11.2026
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
00:58 02.11.2026
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
00:53 02.11.2026
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
00:48 02.11.2026
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
00:43 02.11.2026
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
00:38 02.11.2026
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO