Bir anda milyonların sevimlisinə çevrilən makiyaj ustası - Sosial media fenomeni Nia Qurbanova kimdir? - VİDEO

MAQAZİN
23:23 11.05.2022
10201
AZXEBER.COM-un "Status" layihəsinin bu dəfəki qəhrəmanı "Tiktok" sosial şəbəkəsində qısa müddətdə məşhurlaşan Nia Qurbanovadır.
 

Son zamanlar sosial şəbəkələrdə hər kəs ondan danışır. Bu gün sizə Azərbaycanın tiktok seqmentində ən çox izlənilən və ən çox bəyənilən xanımlardan biri haqda danışacam. Söhbət Nia Qurbanovadan gedir. 

O məşhur olana qədər paltar tikməklə və makiyaj etməklə məşğul olub. Nia deyir ki, dərzi olmaq çox çətin işdir. 

Nia universitet bitirməyib, məktəbi kənddə bitirib. Maddi imkanı olmadığı üçün təhsil ala bilməyib. Pandemiyadan sonra Nia tiktokda müntəzəm canlı yayımlar açmağa başlayır və bir anda ulduza çevrilir. 
 
Azərbaycanlı olan Nia Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində yaşayır. O şirin danışığı və zarafatları ilə qısa müddətdə milyonların sevimlisinə çevrilə bilib. Təsadüfi deyil ki, nianın canlı yayımlarını hər gün 100 minlərlə insan izləyir. 

Nianın daha bir özəlliyi isə ondadır ki, bu günə qədər tiktokda heç kimlə qalmaqal yaşamayıb və haqqında demək olar ki, neqativ heç nə yazılmır.   
 
Daha sonra isə tanınmış rejissor Kənan mm canlı yayımlarda onu daha geniş kütlələrə tanıtdı. O özü də məşhurluğa görə Kənana minnətdar olduğunu deyir. 
 
Niaya filmlərə çəkilmək haqda düşünmədiyini də deyib. Onun ən böyük arzusu paltar mağazası açmaqdır. 

Nia heç vaxt Bakıda olmayıb, bu yay Azərbaycana gəlmək istədiyini deyib.

OXŞAR XƏBƏRLƏR