Bir həftə “Mif”

Bir həftə “Mif”
MƏDƏNİYYƏT
12:12 03.04.2025
1314
Müasir İncəsənət Muzeyində rəssam Nərmin Sadıqovanın "Mif” fərdi sərgisi keçiriləcək. 4-11 aprel tarixlərində baş tutacaq sərgidə rəssamın son illərdə müxtəlif mövzularda yaratdığı 40-a yaxın rəsm əsəri nümayiş olunacaq.

AZXEBER.COM xəbər verir ki. sərgi rəssam Nərmin Sadıqovanın yaradıcılığında yeni səhifə açır. Sərgidə nümayiş olunacaq əsərlərdə rəssamın əvvəllər müraciət etdiyi mövzularla yanaşı, yeni bir istiqamət də özünü göstərir.

Nərmin Sadıqovanın "Mif” fərdi sərgisi astrologiya ilə incəsənətin sintezini təqdim edərək onlar arasındakı dərin əlaqələri araşdırmaq istəyən sənətsevərlər üçün unikal təcrübə mənbəyi olacaq. Rəssam astrologiyanın əsrarəngiz dünyasını rəngkarlığın estetik ifadə vasitələri ilə birləşdirərək on iki bürcün özünəməxsus cəhətlərini - mifoloji mənasını, planetar təsirlərini və simvollarını kətan üzərində öz bədii yanaşması ilə əks etdirir. Müəllif əsərlərində hər bir bürcün özəl xüsusiyyətlərini əyaniləşdirərək seçilmiş kompozisiya quruluşu, rəng palitrası və digər bədii ifadə vasitələri ilə onların bədii obrazını yaradıb. Astroloji biliklərə əsaslanan bu əsərlərin kompozisiyalarında təsvir olunan elementlər kosmosla əlaqəni daha dərindən hiss etməyə imkan yaradacaq. Bu nümunələrdə hər bir detal bütöv bir sistemin və onlar arasındakı əlaqələrin simvolik təcəssümüdür. "Mif” fərdi sərgisi təkcə bədii əsərlərin estetik tərəfini deyil, həm də onun insan həyatına təsirini və astroloji simvolların dərin məzmununu əks etdirməklə yaddaşlarda iz buraxacaq.

Rəssamın yaradıcılıq üslubu müasir dövrün estetik meyllərini əks etdirərək ənənəvi formalardan daha çox özünəməxsus və eksperimental xarakter daşıyır. Rəssam iştirak etdiyi layihələrdə hər zaman özünəməxsus dəst-xəti ilə diqqəti cəlb edir. Nərmin Sadıqovanın əsərləri həm bədii-estetik baxımdan, həm də dərin fəlsəfi məzmunu ilə zəngindir. Rəssamın portret, mənzərə, natürmort və başqa janrlarda ərsəyə gətirdiyi əsərlərin hər biri izləyicilərə fərqli dünyagörüşü təqdim edərək onları düşünməyə təşviq edir.

Nərmin Sadıqova uzun illərdir yaradıcılıqla məşğuldur. O, davamlı olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirak edir. Rəssam Azərbaycan Dövlət Xarici Dillər Universitetində, Azərbaycan Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2012-ci ildə onun xeyriyyə xarakterli ilk sərgisi keçirilib. İki il sonra – 2014-cü ildə isə rəssam "Gallery-1969”da "Səs” fərdi sərgisi ilə sənətsevərlərin görüşünə gəlib. O, 2013-cü ildə "Bakının işıqları” rəsm müsabiqəsinin qalibi olub. 2016-cı ildə rəssam Milli İncəsənət Muzeyində keçirilən sərgidə iştirak edib, 2017-ci ildə onun "Gallery-1969”da "Momentous” adlı ikinci fərdi sərgisi olub. Nərmin Sadıqova müxtəlif illərdə ölkəmizi İtaliyada, ABŞ-da, Latviyada, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə təmsil edib, 2019-cu ildə Parisdə Luvr muzeyində keçirilən "Karusel” sərgisində iştirakçısı olub. N.Sadıqova Heydər Əliyev Fondu və Yarat Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif layihələridə də iştirak edib.

Qeyd edək ki, rəssamın sayca 5-ci fərdi sərgisi olan bu tədbir "Mif” Müasir İncəsənət Muzeyində baş tutacaq. Tədbir 4-11 aprel tarixlərində, saat 11:00-20:00 arasında gerçəkləşəcək. Biletlərin qiyməti 5, tələbələr üçün 2 AZN təşkil edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək - RƏSMİ
10:59 02.07.2025
Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək - RƏSMİ
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
Məhəbbət Kazımovun doğum günüdür
10:11 02.07.2025
Məhəbbət Kazımovun doğum günüdür
ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR
10:03 02.07.2025
ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib - FOTOLAR
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
09:58 02.07.2025
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Səfərov qardaşlarının qətlində əli olduğu deyilən rus polislərin - FOTOLARI
09:55 02.07.2025
Səfərov qardaşlarının qətlində əli olduğu deyilən rus polislərin - FOTOLARI