Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO

Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
SOSİAL
09:28 17.08.2026
458
Gəncə və Tovuzun maşın bazarlarında durğunluq müşahidə olunur. Satışa çıxarılan avtomobillər çox olsa da, qiymətlərin yüksək olması alıcılarla satıcıların razılığa gəlməsini çətinləşdirir. Bazarda Rusiya istehsalı olan köhnə avtomobillərə tələbat yüksək olaraq qalır. Lakin son aylar bu maşınların qiymətində də artım var.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, qərb bölgəsinin ən böyük avtomobil ticarəti mərkəzi sayılan Gəncə Maşın Bazarında avtomobilini satmaq üçün gələnlərin sayı kifayət qədər olsa da, alıcılar təklif olunan maşınların qiymətlərindən narazıdırlar.

Maşın almaq istəyənlər qiymətlərin yüksək olduğunu və onları qane etmədiyini deyirlər.

Satıcılar bildirirlər ki, son vaxtlarda avtomobil bazarında ticarət əvvəlki kimi deyil. Onların sözlərinə görə, alıcıların əksəriyyəti təklif olunan qiymətlərlə razılaşmır və bazarlıq zamanı qiyməti əhəmiyyətli dərəcədə aşağı salmağa çalışır. Bazarda daha çox alınıb-satılan isə qiyməti nisbətən münasib olan köhnə sovet və Rusiya istehsalı avtomobillərdir.

Həftəsonları fəaliyyət göstərən Gəncə Maşın Bazarına yalnız şəhər sakinləri deyil, ətraf rayonlardan da alıcı və satıcılar gəlirlər.

Tovuzdakı avtomobil bazarında da qiymətlər yüksəkdir. Burada hər həftə təxminən 200 avtomobil satışa çıxarılır. Onun da 90%-ni  buraxılış ili köhnə olan, istismar müddətini başa vurmuş hesab olunan Rusiya istehsalı avtomobillər təşkil edir. Ehtiyat hissələrinin və təmir xərclərinin ucuz, özünün də nisbətən ekonom olması bu cür avtomobillərə tələbatı artırır. Tələbat da belə nəqliyyat vasitələrinin satış sayı kimi qiymətlərini də yüksəldir. Alıcıların istədiyi qiymətlə satıcıların təklifi uzlaşmır.

Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar. Onların sözlərinə görə, son 8 ayda qiymətlərdə təxminən 500-1000 manat arası artım müşahidə olunur.

Bildirilir ki, yaxın vaxtlarda qiymətlərdə enmə gözlənilmir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində Gənclik Mall-da keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
16:55 19.10.2026
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
16:43 19.10.2026
Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
16:38 19.10.2026
Məktəblilər üçün beynəlxalq informatika müsabiqəsinə qeydiyyat başladı
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
16:38 19.10.2026
Xaricdən maşın gətirmək əvvəlki kimi asan deyil – Ekspertdən AÇIQLAMA
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
16:35 19.10.2026
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
16:13 19.10.2026
Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı
İran bayraqları, fars dilində şüarlar... -  Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
16:09 19.10.2026
İran bayraqları, fars dilində şüarlar... - Almaniyadakı aksiyada diqqətçəkən MƏQAMLAR
Pensiyaçılara şad xəbər - Bu tarixdə
15:59 19.10.2026
Pensiyaçılara şad xəbər - Bu tarixdə
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:43 19.10.2026
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO
15:39 19.10.2026
İstanbulda İsrail vətəndaşına hücum edildi - ANBAAN VİDEO