Bu əlamətlər sizdə varsa, "Delta" ştammına yoluxa bilərsiniz - VİDEO

SOSİAL
14:42 15.07.2021
1579
Hazırda dünyanın bir çox ölkəsində "Delta” ştammı tüğyan edir.
 
AZXEBER.COM xəbər verir ki, bu ştamm daha tez yayılır. 

Bəs yeni növ virusun əlamətləri nədir?
 
Delta ştammın əlamətləri ilk olaraq mədə-bağırsaq traktının pozulması ilə meydana gəlir. Bu ştamma yoluxmuş pasiyentlər adətən, ishal və qarın ağrısından şikayətlənir. Eyni zamanda baş ağrısı, öskürək, halsızlıq və əzələ ağrısı ilə paralel özünü göstərə bilir. Qusma və hərarətin yüksəlməsi də Delta variantının simptomları arasındadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, peyvənd olunanlar bu ştamma yoluxarsa, xəstəliyi yüngül keçirir.
 
İnfeksionist Vüqar Cavadzadə bildirib ki, "Delta” ştammında boğaz ağrısı və burunaxma kimi əlamətlər üstünlük təşkil edir. Bu isə onun adi qriplə qarışdırılmasına səbəb olur. İyunun 11-dən "Delta” ştammının yeni törəməsi "Delta-plus”un bir sıra ölkələrdə aşkarlanması ilə bağlı xəbərlər də yayıldı.
 
Həkim Adil Qeybulla bildirib ki, "Delta-plus”un həddindən artıq yoluxucu olması və uşaqlarda klinik əlamətlər yaratması virusun bu növünün nə qədər təhlükəli olduğunu göstərir.
 
Qeyd edək ki, "Delta” və "Delta-plus” ştamları koronavirusun Hindistan variantının mutasiyaya uğramış formasıdır. Ştammın yayılmasının qarşısını almaq üçün isə gigiyenik qaydalara və qapalı məkanlarda maskadan istifadə tələbinə əməl olunmalıdır. Bununla yanaşı, vətəndaşlar vaksinasiya prosesində də iştirak etməlidir.

OXŞAR XƏBƏRLƏR