‘Bu formada məlumat yayaraq müəllimlərin hissi ilə oynayırlar’ – Hadı Rəcəbli

‘Bu formada məlumat yayaraq müəllimlərin hissi ilə oynayırlar’ –  Hadı Rəcəbli
SİYASƏT
13:05 13.03.2015
2145

“95% adam o mətni heç oxumayıb”.

Bir şeyi bilin ki, parlamentdə mən təkcə əlillərin, sosial durumu ağır olan insanların yox, eyni zamanda müəllimlərin lobbisiyəm. Həmçinin, müəllimlərin əmək haqqısı, sosial durumları ilə bağlı ardıcıl çıxışların müəllifiyəm.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Təhsil Problemləri İnstitutunda “İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün peşələrin, vəzifələrin alisi müəllimlikdir:

“Bu gün müəllim həmkarlarıma, elm istiqamətli, ağır cəbhədə çalışan müəllimlərə bir şeyi demək istəyirəm ki, nə qədər paradoksal da olsa, bu gün Azərbaycanda sabitliyi pozmaq istəyən, müstəqilliyi, eləcə də hakimiyyətin uğurlu, sistemli addımlarını, dövlət quruculuğunu istəməyən qüvvələr müəllimləri qızışdırmaq, onlarda hansısa mənfi fikir yaratmaq istəyirlər. Bununla da həmin qüvvələr müəllimləri hakimiyyətlə qarşı-qarşıya qoyurlar. Buna da ən bariz nümunə kimi son günlər saytlarda mənim adımın hallanmasıdır”.

“Saytlardan bəziləri yerli mətbuatlardan birinə verdiyim müsahibəyə istinad edərək “Hadı Rəcəbli müəllimlərə fəhləlik təklif edir” kimi başlıq çıxarıb. İnanın ki, 95% adam o mətni heç oxumayb və başlıqdakı cümləni tutaraq ona şərh yazıb. Bu formada məlumatı yayanlar sadəcə müəllimlərin hissi ilə oynayırlar. Tövsiyəmiz odur ki, mətni diqqətlə oxusunlar”, - deyə komitə sədri əlavə edib.

O, həmçinin deyib ki, bütövlükdə təhsil sistemində bəzi işlər görülməlidir:

“Buna səbəb ölkədə daha keyfiyyətli və yaxşı müəllimlərin yetişməsidir. Bəzən iki yerdə dərs deyən, evdə məşğul olan müəllimlərə rast gəlirik. Təbii ki, bunları qəbahət saymaq olmaz. Çünki müəllimlər daha yaxşı yaşamaq üçün daha çox çalışmalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanın Baş naziri postuna yenidən Nikol Paşinyanın namizədliyi irəli sürülüb
14:16 02.08.2026
Ermənistanın Baş naziri postuna yenidən Nikol Paşinyanın namizədliyi irəli sürülüb
Dərədə köməksiz qaldı - FHN xilas etdi
14:12 02.08.2026
Dərədə köməksiz qaldı - FHN xilas etdi
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
14:03 02.08.2026
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO