‘Bu qədər təzyiqlərə rəğmən dostlarımız arasında sarsıntı demək olar heç yaşanmadı’ - Fətullah Gülən

‘Bu qədər təzyiqlərə rəğmən dostlarımız arasında sarsıntı demək olar heç yaşanmadı’ -  Fətullah Gülən
SİYASƏT
13:27 17.03.2014
1137

“Bu bir oyundur. Özlərinin etdiklərini camaata sırımaq istəyirlər. Bir adam üçün bütün Məclisi ayağa qaldırıb qanun qəbul etdilər, eyni münasibəti bu insanlar üçün də göstərə bilərlərdi”.

AZXEBER.COM Publika.Az-a istinadən xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Türkiyədəki camaatın lideri Fətullah Gülən uzun müddətdir davam edən sükutdan sonra “Zaman” qəzetinə müsahibəsində “Ərgenokon” əməliyyatı zamanı həb olunanların azadlığa çıxmasına münasibət bildirərkən deyib. O, qanun və hüququn tərəfində olduqlarını bildirib. Qeyd edib ki, ergenokonçular təxliyə olunsalar da, məhkəmələri davam edir: “Hüququn qərarını hörmətlə qarşılamaq lazımdır. Biz həmişə belə olmuşuq, bundan sonra da belə olacağıq”.

F. Gülən hazırda Türkiyədə camaata qarşı edilənlərə sərt münasibət bildirib: “Bu cür münasibətləri dəfələrlə yaşadıq. 12 mart işində “dövlətə sızmaq” ittihamı ilə 6 ay yarım həbs. 163-cü maddə rəhmətlik Özal tərəfindən ləğv edilənə qədər gilyotin kimi müsəlmanların başı üzərinə idi. 12 sentyabrdan (1980) başlayaraq, 6 il təqib edildim. Amma bu gün hərbi çevrilişlərdə gördüklərimizdən 10 qat pis münasibət görürük”.

F. Gülən “Fənərbaxç”a futbol klubunu camaatın alacağı ilə bağlı deyilənləri də təkzib edib. Bunu ümumiyyətlə anlamadıqlarını bildirib. O, Türkiyə ictimaiyyətinə mesaj olaraq bildirib ki, izah edə bilmədikləri hər şeyi camaata yıxmaq kimi bir refleks var.

Camaat lideri “17 dekabr”-dan sonra baş verənlərə münasibət bildirib. “Dostlarımızın demək olar ki, hamısı vəfalı çıxdı. Hətta bu qədər təzyiqlərə rəğmən dostlarımız arasında sarsıntı demək olar heç yaşanmadı. Amma könül hər kəsin belə davranmasını istəyir. Bəzən bu gözlənti tam reallaşmır. Yaşı ötmüş, gün görmüş bəzi dostlarımızın haqpərəstlik adı ilə ortaya çıxıb bir şeylər deməsini gözləməyə haqqımız varmı, bilmirəm. Amma ən azından bunu demək istəyirəm: Yaxşı gün dostu olmağı bəzi insanlara yaraşdırmadım. Fəqir (özünü nəzərdə tutur-red) üçün canını verməyə hazır olduğunu deyən bir insan vardı. 12 martdan sonra həbsdən çıxdıq, Bozyaka Yurdunu yeni yaradırdıq, bunları tamamlayaq dedim: “Xocam Allah eşqinə məni qarışdırmayıb” demişdi. Belə çətin dövrlərdə yolundan sapmamaq lazımdır, hər kəs xarakteri qədər”-deyə F. Gülən bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
14:31 27.07.2026
Türkiyədə işləmək istəyən azərbaycanlılar üçün yeni imkan – Əməkhaqqı və xərclər qarşılanacaq
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
14:28 27.07.2026
Bu fənnin müəllimləri arasında ali təhsilsizlərin payı daha çoxdur – Səbəb nədir?
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI
14:12 27.07.2026
İşçilərə ən çox məzuniyyət verən ölkələr - SİYAHI