Bu dəqiqələrdə sosial şəbəkələrdə növbəti yalan məlumat paylaşılıb.
AZXEBER.COM xəbər verir ki, paylaşılan görüntülərin bu gün İstanbul - Bakı reysində çəkildiyi iddia olunub. Bu isə insanlarda qorxu və təşviş yaradıb.
Əslində isə sözügedən video bir müddət öncə ABŞ-da Vaşinqtondan Kaliforniyaya uçan təyyarədə lentə alınıb. Bu video dünyada çox geniş yayılmış videodur və dünya mediasını izləyənlər şahidi olublar.
AZXEBER.COM olaraq bir daha oxucularımızı yalnız rəsmi məlumatlara etibar etməyə çağırırıq.
