"Camaatın kişiləri ilə atlanıb-düşürlər, amma mənə..." - Mədinə

"Camaatın kişiləri ilə atlanıb-düşürlər, amma mənə..." - Mədinə
MAQAZİN
23:45 30.04.2022
1129
"Dırnaq uzatmaq günahdır, camaatın kişilərinə atlanıb-düşmək günah deyil?”

Bu sözləri "Kristal” qrupunun sabiq rəhbəri, prodüser, bu yaxınlarda müğənniliyə başlayan Mədinə Məlik Oxu.Az-a açıqlamasında deyib. Mədinə Məlik oruc tutmağını reklam edən məşhurlardan gileylənib: "Oruc tutmaq o demək deyil ki, ağzımı bağladım, yemədim və ac oturdum. Əgər oruc tutub, namaz qılırsansa, niyə bunu reklam edirsən? Bu yaxında bir müğənni məndən soruşdu ki, "Necə belə uzun dırnaqla hərəkət edirsən? Mən namaz qılıram, ona görə də dırnaq saxlamaq olmaz mənə”.

Dedim, "canım, dırnaq günahdır, amma səhnədə camaatın kişilərinə atlanıb-düşmək günah deyil?” Qrup üzvləri ilə arasının yaxşı olduğunu vurğulayan Mədinə yeni qrup yaratsa, oraya yalnız balacaları cəlb edəcəyini bildirib: "Bütün qrup üzvləri ilə aram yaxşıdır. Hətta vaxtı ilə məndən inciyən qızlar da deyirlər ki, "Mədinə xanım, yaxşı ki, bizi o vaxtlar sıxmısınız, yoxsa indi belə yaxşı olmazdıq”. Qaldı ki qrup yaratmağa, təkliflər çoxdur, ancaq mən istəyən kimi qızlar yoxdur. Mənim qızlarım telefon işlətmirdilər, mənim qızlarım "Instagram”da, "Facebook”da deyildilər. İndi elə qızlar yoxdur, qrup yaratsam, doqquz-on yaşlarında balaca qızları götürərəm”.

"Bu qədər sevənlərimin olacağını bilsəydim, çoxdan ifa edərdim” deyən ifaçı yalnız oğlunun istəyi ilə bu sənəti atacağını deyib: "Mən bilmirdim ki, bu qədər maraqlı olacam insanlara. Şou-biznesdə şou sözü yox idi, Mədinə var idi. Məni şou-biznesdən yalnız övladım uzaqlaşdıra bilər. Övladım, ola bilər ki, desin, "ana, mən istəmirəm, sən səhnədə ifa edəsən, restoranda çalışasan”. Mən deyərəm, baş üstə. Oğlumu azad bir şəxsiyyət kimi böyütmüşəm. Heç vaxt heç kimin ayağına verməmişəm, kobud söz deməmişəm.

Mən çox xoşbəxtəm ki, biz onunla dostuq. Hansı sahəni seçsə, mən onun yanındayam. O, biznesi, marketinqi seçdi. Bir də evlənmək məsələsində zor tətbiq etmək lazım deyil. Mənim oğlum kimi sevib-seçsə, o mənim başımın tacıdır. Mən uşağımı atasız, tək böyütmüşəm. O, ata nəvazişi görməyib, mənim sevgimi, mənim nəvazişimi görüb. Ancaq buna baxmayaraq, onu əsl kişi kimi yetişdirmişəm”. Vaxtı ilə "Kristal” qrupunu yaradanda İradə İbrahimova ilə söhbətimdə demişdim ki, məni hamı tərifləyir. Dedi ki, "sən heç nəyə nail olmamısan. Səni pisləməyə başlayanda bil ki, ucalmısan”.  İllər keçdikcə gördüm ki, o pisləyir, bu pisləyir. O zaman bildim ki, artıq mən ucalıram”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
13:14 02.11.2026
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
12:59 02.11.2026
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb