DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlandı

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlandı
İDMAN
14:21 17.07.2026
266
Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub.

İspaniya - Argentina matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb.

DÇ-2026-da Fransa və İngiltərə komandaları arasında keçiriləcək üçüncü yer uğrunda görüşdə isə venesuelalı Xesus Valensuela əsas söz sahibi olacaq.

Xatırladaq ki, Fransa - İngiltərə oyunu iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya - Argentina matçı isə iyulun 19-da, saat 23:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR