Dünyanın ən yaxşı universitetləri açıqlandı - SİYAHI
GƏNCLİK
08:44 05.12.2010
2828
Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) dünyanın ən yaxşı 2000 universitetinin siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, cədvələ ABŞ-ın “Harvard” universiteti başçılıq edir.
Azərbaycanın isə yalnız bir ali məktəbi ən yaxşılar arasında yer alıb. Ölkəmizin ən böyük təhsil ocağı olan Bakı Dövlət Universiteti cədvəlin 1951-ci pilləsində qərarlaşıb.
Siyahıda Türkiyənin 62 ali təhsil ocağı da yer alıb. Ən yüksək nəticə isə “Hacettepe” universitetinə məxsusdur - 399-cu pillə. İstanbul Universiteti 415-ci, Ankara Universiteti isə 488-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, ən yaxşı 2000 universitetdən 459-u ABŞ-da yerləşir. //lent.az
Siyahı aşağıdakı kimidir 1. “Harvard” universiteti 2. “Con Hopkins” universiteti 3. “Toronto” universiteti 4. “Stanford” universiteti 5. “Vaşinqton Sitl” universiteti 6. “Kaliforniya Berkelay” universiteti 7. “Los-Anceles” universiteti 8. “Oksford” universiteti 9. “Miçiqan” universiteti 10. “Tokyo” universiteti