Düşənbədə 20 Yanvar anım tədbiri keçirilib - FOTOLAR

Düşənbədə 20 Yanvar anım tədbiri keçirilib - FOTOLAR
SOSİAL
16:03 21.01.2025
274
Düşənbədə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri və mətbuat konfransı keçirilib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə jurnalistlər, səfirliyin əməkdaşları, Azərbaycan icmasının nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Anım tədbirində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələrinin müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün Bakı şəhərində ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdiyini, bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilmədiyini, xalqımızın qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşduğunu bildirib.
Həmçinin, mətbuat konfransı zamanı jurnalistlər 20 yanvar faciəsi ilə yanaşı, Qazaxıstanda baş vermiş təyyarə qəzası, azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsi, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər, Tacikistan-Azərbaycan əlaqələrinə dair suallar səsləndiriblər. Səfir verilən suallar ətrafında geniş məlumat verib. 

Tədbir çərçivəsində Səfirlikdə "Qanlı Yanvar”a həsr olunmuş guşə yaradılıb və faciə ilə bağlı videoçarx nümayiş etdirilib. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotoşəkillər nümayiş olunub.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
01:58 02.11.2026
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
01:53 02.11.2026
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
01:48 02.11.2026
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
01:43 02.11.2026
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
İran XİN onları terrorçu kimi tanıyıb
01:38 02.11.2026
İran XİN onları terrorçu kimi tanıyıb
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:33 02.11.2026
Bakının bir sıra ərazisində işıqlar sönəcək
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
01:28 02.11.2026
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
01:23 02.11.2026
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
Ebola virusu yayılan ölkələrin sayı artır
01:18 02.11.2026
Ebola virusu yayılan ölkələrin sayı artır
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
01:13 02.11.2026
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
01:03 02.11.2026
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
00:58 02.11.2026
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
00:53 02.11.2026
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
00:48 02.11.2026
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
00:43 02.11.2026
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
00:38 02.11.2026
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO